warez script warez forum orkide shell indir sakarya escort mavi orkide Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir film izle

Alternative content

02:51 26 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Las-Veqas Beynəlxalq Münasibətlər Şurasında Azərbaycana dair geniş təqdimat keçirilib
Las-Veqas Beynəlxalq Münasibətlər Şurasında Azərbaycana dair geniş təqdimat keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
12:46 11.02.2019

ABŞ-ın Nevada ştatında fəaliyyət göstərən nüfuzlu Las-Veqas Beynəlxalq Münasibətlər Şurasının dəvəti ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Şura üzvləri qarşısında ölkəmizə dair geniş təqdimatla çıxış edib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Nevadanın tanınmış ictimai-siyasi xadimlərinin, eləcə də Las-Veqasda akkreditə olunmuş müxtəlif ölkələrin baş və fəxri konsullarının qatıldıqları tədbirdə N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi haqqında məlumat verərək, ölkəmizin regionda, müsəlman dünyasında və hazırkı beynəlxalq münasibətlər sistemində oynadığı önəmli roldan bəhs edib. O, Azərbaycanın hələ 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurduğunu, qadınlara ilk dəfə səsvermə hüququ verdiyini, həmçinin müsəlman dünyasında ilk opera, operetta və baletin də məhz ölkəmizə məxsus olduğunu qeyd edib.

Baş konsul 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın öz iqtisadiyyatını sürətlə inkişaf etdirərək hazırda regionun bir nömrəli iqtisadi gücünə çevrildiyini bildirib. O, həmçinin Azərbaycanın mühüm regional və beynəlxalq neft, qaz və nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısı olduğunu deyib. N.Ağayev Azərbaycanın xarici siyasət sahəsində uğurlarından danışaraq, ölkəmizin bu gün beynəlxalq münasibətlər sistemində öz layiqli yerini qazandığını qeyd edib. O, bütün bu uğurların əldə edilməsində, təlatümlərlə əhatə olunan bir bölgədə Azərbaycanın sabitlik və tərəqqi adası kimi inkişaf etməsində müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik və uzaqgörən liderliyinin həlledici rol oynadığını vurğulayıb.

Baş konsul Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə məlumat verərək, münaqişənin yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması ilə ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Təqdimatdan sonra N.Ağayev iştirakçıların suallarını cavablandırıb. İştirakçılardan biri, Reuters xəbər agentliyinin sabiq müxbiri ötən il Azərbaycana səfər etdiyini və Gürcüstan-Azərbaycan sərhədini keçərkən onun sənədlərini yoxlayan Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşının yüksək bilik səviyyəsindən və ingilis dilində sərbəst danışıq bacarığından çox təsirləndiyini bildirib. Digər iştirakçı isə Azərbaycanda keçirilən Formula 1 yarışlarını daim izlədiyini və Bakının füsunkar gözəlliyini əks etdirən bu yarışların dünyada bənzərinin olmadığını diqqətə çatdırıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM