10 Fevral 2019 20:45
673
İDMAN
A- A+

Azərbaycan Premyer Liqası: "Zirə" səfər oyununda "Səbail"in qapısına iki top vurub


Fevralın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyununda "Səbail” "Bayıl Arena”da "Zirə”ni qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Zirə”nin heyətində ilk qolu oyunun 2-ci dəqiqəsində paraqvaylı hücumçu Xulio Sezar Rodrigez vurub. Oyunda son nöqtəni isə Sadio Tounkara 90-ci dəqiqədə vurduğu qolla qoyub.

Meydan sahiblərinə gəlincə, onlar bir neçə əlverişli imkandan yararlana bilməyiblər. Belə ki, 51-ci dəqiqədə "Səbail”in hücumçusu Ağabala Ramazanovun qüvvətli zərbə ilə vurduğu top qapı tirinə dəyərək geri qayıdıb. Oyunun 69-cu dəqiqəsində isə Kitanovskinin başla vurduğu top qapı dirəyinə tuş gəlib. Qarşılaşmanın 81-ci dəqiqəsində Elvin Yunuszadə ikinci sarı vərəqə ilə cəzalandırılaraq "Səbail”i azlıqda qoyub. Bundan üç dəqiqə sonra Kevin Kubembanın zərbəsinin qarşısını da qapı dirəyi alıb.

Bu qələbədən sonra xallarının sayını 13-ə çatdıran "Zirə” sonuncu pillədən uzaqlaşaraq 7-ci sıraya yüksəlib. "Səbail” isə 24 xalla üçüncü yerdədir.

Xatırladaq ki, bu gün keçirilən digər matçında "Neftçi” "Keşlə”ni 2:0 hesabı ilə məğlub edib. Fevralın 9-da keçirilmiş oyunlarda "Qəbələ” "Sabah”a 1:0, "Qarabağ” isə "Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video