10 Fevral 2019 16:27
801
İDMAN
A- A+

Emin Mahmudovun dublu sayəsində “Neftçi” turnir cədvəlində liderliyini qoruyub saxlayıb


Fevralın 10-da Azərbaycan Premyer Liqasının XVI turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri "Neftçi” doğma azarkeşlər önündə autsayder "Keşlə”ni qəbul edib. İlk dəqiqələrdən irəli atılan "Neftçi” rəqibin qapısı önündə bir neçə təhlükəli vəziyyətlər yaradıb. Birinci hissənin əsas vaxtına 10 dəqiqə qalmış "Neftçi” hesabı açmağa nail olub. Komandanın kapitanı Emin Mahmudov cinah ötürməsindən sonra dəqiq baş zərbəsi ilə adını tabloya yazdırıb – 1:0. Birinci hissə paytaxt təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində "Neftçi” hesabda öndə olsa da, rəqibin qapısı önündə kəskin hücumlar qurub. Əks hücumlara bel bağlayan keşləlilər matçın 68-ci dəqiqəsində yenidən qapısında top görüb. Belə ki, cərimə meydançasında Baqali Daboya qarşı qayda pozuntusu oyunun baş hakimi İnqilab Məmmədovun gözündən qaçmayıb. Topa yaxınlaşan E.Mahmudov fürsəti əldən verməyib – 2:0. Bu yarımmüdafiəçinin cari mövsümdə vurduğu beşinci qolu olub. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, Emin Mahmudovun dublu sayəsində "Neftçi” cari mövsümdə 11-ci qələbəsini qazanıb. Bu qələbədən sonra "Neftçi” xalların sayını 37-ə çatdıraraq turnir cədvəlində əsas izləyicisi "Qarabağ”dan 3 xallıq fərqi qoruyub saxlayıb. "Keşlə” isə 12 xalla 7-ci yerdə qərarlaşıb.

T.Əhmədov üçün bu qarşılaşma prinsipial xarakter daşıyıb. O, ötən mövsümün böyük bölümü ərzində rəhbərlik etdiyi və bürünc medal qazandırdığı "Neftçi”dən istefaya göndərilib.

Ümumiyyətlə, iki komanda indiyədək 57 dəfə üz-üzə gəlib. Bunların 29-da "Neftçi”, 14-də isə "Keşlə" qalib gəlib. Daha 14 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində flaqman öndədir - 87:58. Turnir cədvəlinin lider son 13 görüşün hamısında qol vurub və axırıncı 12 qarşılaşmada heç-heçə qeydə alınmayıb. Digər tərəfdən, "ağ-qaralar” ardıcıl 6 ev oyununda qələbə qazanıb.

Qeyd edək ki, tura "Dalğa Arena”da "Səbail” – "Zirə” matçı ilə yekun vurulacaq. Hazırda 24 xalla 3-cü pillədə olan meydan sahibləri qələbə qazanacaqları təqdirdə mövqelərini daha da yaxşılaşdıracaqlar.

Xatırladaq ki, turun ilk oyun günündə səfərdə "Qəbələ” "Sabah”a 1:0, "Qarabağ” "Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video