warez script warez forum orkide shell indir sakarya escort mavi orkide Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir film izle

Alternative content

02:51 26 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sosial proqramlar reallaşır
Sosial proqramlar reallaşır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:30 10.02.2019


Minimum əməkhaqqının artırılması bu reallıqdan xəbər verir


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fevralın 8-də minimum aylıq əməkhaqqının artırılması ilə bağlı imzaladığı sərəncam əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.

Sərəncamda qeyd olunur ki, minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılsın. Xatırlamaq yerinə düşərdi ki, minimum əməkhaqqı 2018-ci ilin yanvarında da 116 manatdan 130 manata qədər artırılmışdı. Beləliklə, ötən ildən bugünədək minimal əməkhaqqı 64 manat - 55 faiz qaldırılmışdır.

Azərbaycan dövlətinin qəbul etdiyi bütün inkişaf proqramlarında və eyni zamanda yol xəritələrində əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qarşıya qoyulan hədəflərdən biri məhz yaşayış minimumu ilə minimum əməkhaqqının eyniləşdirilməsidir. Əsas hədəf isə minumum əməkhaqqının orta əməkhaqqının 60 faizi səviyyəsinə çatdırılmasına nail olmaqdır.

Dövlət başçısı əhalinin maddi rifah halının yaxşılaşdırılması, maaşların artırılması üçün ciddi addımlar atır, sistemli makroiqtisadi islahatlara getməklə yanaşı, sosial müdafiəsi nisbətən zəif olan insanların qayğısına həssaslıqla qalır, onların maddi durumunun yaxşılaşdırılması üçün ciddi tədbirlər görür və bununla bağlı islahatlar aparır. Bu yolla dövlət minimum əməkhaqqı, qocalığa görə təqaüd, işsizliyə görə müavinət, aztəminatlı ailələrə müxtəlif yardımların verilməsinin hüquqi və maliyyə əsaslarını yaradır, ciddi sosial proqramları reallaşdırır.

Dövlətin gəlirlər və əməkhaqqı sahəsində apardığı siyasətin əsas məqsədi əhalinin rifah halını yüksəltməkdən, sosial-iqtisadi inkişafı, eyni zamanda sosial tərəqqiyə meyilllənməni stimullaşdırmaqdan ibarətdir.

Bu məqsədə nail olmaq üçün dövlətin gəlirlər və əmək haqqı siyasəti əhalinin orta təbəqələrinin həyat səviyyəsinin sabitləşməsinə, əhalinin gəlirlərində mövcud fərqlərin artmasının və təbəqələşməsinin qarşısının alınmasına, əməkhaqqının artmasına yönəldilir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqlamalarında Dövlət başçısının sərəncamını şərh edərək, artımın 600 min insanı əhatə edəcəyini bildirmişdir. Bunlardan 450 mini dövlət sektorunda, 150 mini özəl sektorda işləyənlərdir. Nazirin dediyinə görə artım 450 min insanı əhatə etdiyinə görə nəinki maaşı 180 manata qədər olanlara təsir edəcək, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə vahid tarif cədvəli üzrə işləyən bütün şəxslərə şamil olunacaq. 19 pillədən ibarət tarif cədvəlinin birinci pilləsi 180 manat müəyyən edilirsə növbəti pillələr də artımla gedəcək. İkinci pillə 180 manatdan 2.5-3 faiz daha çox, üçüncü pillə isə bundan da çox təşkil edir. Şahin Babayev dövlət başçısının qərarını minimum əməkhaqqı alan insanlara töhfə kimi dəyərləndirmiş, vahid cədvəl üzrə işləyən 450 min nəfərin əməkhaqqının orta hesabla 30 faiz artacağını bildirmişdir.

Sərəncamın digər əhəmiyyəti əməkhaqlarının leqallaşması ilə bağlı mühüm addımın atılmasıdır. Azərbaycan Prezidentinin minimal maaşların aşağı həddinin 180 manat təyin etməsi bir sıra neqativ halların da qarşısını alacaq. Belə ki, bəzi sahibkarlar işçilərə verdikləri real əməkhaqqını gizlətməklə sosial fondlara ödənişlərini azaldırdılar. Yeni sərəncama görə sahibkarlar 180 manatdan aşağı əməkhaqqı göstərə bilməyəcəklər. Sərəncamın digər bir cəhəti də qadınlarla kişilərin əməkhaqları arasında olan fərqin azaldılmasına xidmət etməsidir. Çünki sərəncamın əsas əhatə dairəsi məhz vahid tarif cədvəli üzrə işləyənlərdir ki, onların da böyük əksəriyyətini qadınlar təşkil edir. Ona görə də vahid cədvəl üzrə tarif vəzifə maaşları artdığına görə qadınların əməkhaqqında artım olacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncamını inqilabi addım kimi qiymətləndirmişdir: "Mən və digər deputat həmkarlarım ölkədə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər irəli sürmüşük. Burada ilkin fikir bundan ibarət idi ki, minimum əməkhaqqı ya 143, ya da maksimum 150 manat olmalı idi. Amma Prezident İlham Əliyev tamamilə fərqli qərar qəbul etdi, Maliyyə Nazirliyinin təkliflərini bir kənara qoyaraq, öz iradəsi ilə bu addımı atdı. Beləliklə, ölkədə minimum əməkhaqqı yaşayış minimumuna çatdırıldı”.

Minimum əməkhaqqının dövlət başçısının şəxsi təşəbbüsü ilə artırılması xalqa qayğının bariz ifadəsidir. Bu məqsəd üçün dövlət büdcəsindən illik 400 milyon manat vəsait ayrılacaq. 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM