warez script warez forum orkide shell indir sakarya escort mavi orkide Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir film izle

Alternative content

21:00 24 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstehsal da var, alıcı da...
İstehsal da var, alıcı da...
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:03 10.02.2019


"Gilan Qida şəhərciyi”nin məhsulları dünya bazarında rəğbətlə qarşılanır


Ölkəmizdə əsas prioritetlərdən biri və bəlkə də, ən vacibi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Müvafiq istiqamət üzrə layihələrin reallaşdırılması zamanı Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan başlıca vəzifələr arasında ixraca yönəlik məhsulların istehsal edilməsi xüsusi yer tutur.

Bu da heç şübhəsiz ki, rəqabətqabiliyyətli məhsulların artırılması və beynəlxalq aləmdə "Made in Azerbaijan” brendi altında olan yerli əmtəələrin həm sayında, həm də yayılma çoğrafiyasının genişlənməsində müsbət nəticələrə nail olunmasına xidmət edir.


Qida məhsullarının təhlükəsizliyi


Hazırda Azərbaycan məhsullarının dünya bazarında tanıdılmasında Qəbələ şəhərində yerləşən "Gilan Qida şəhərciyi” və onun tərkibinə daxil olan müəssisələr də xüsusi rol oynayırlar. Müəssisələr sırasına konserv zavodu, sərinləşdirici içkilərin istehsalı üzrə müəssisə və kartof çipsilərinin istehsalı üzrə zavod daxildir. Müəssisə, "TÜV Avstriya” tərəfdən qida məhsullarının təhlükəsizliyi sahəsində idarəçilik və keyfiyyətin idarəçilik sisteminin standartlarına müvafiq qaydada mütəmadi olaraq sertifikatlaşmadan keçir.

Həmin müəssisələrdəki vəziyyətlə yerində tanış olmaq üçün şəhərcikdə olduq. Kartof emalı müəssisəsinin sahə rəhbəri Əlismayıl Cəfərov deyir ki, 2014-cü ildən fəaliyyət göstərirlər. Xammal olaraq müəssisənin xüsusi təsərrüfatında yetişdirilən kartofdan istifadə olunur. Rayonun Qaş deyilən ərazisində 350 hektar sahə bu məqsədə yönəldilib. Orada suvarma sistemi yaradıldıqdan sonra kartof əkilir. Həmin kartofu saxlamaq üçün müəssisənin təxminən 1 kilometrliyində 15 min ton kartof saxlamaq məqsədilə soyuducu anbar var. Oradan götürülən kartof müəssisənin xammal anbarına verilir və oradan da istehsala yönəldilir. Emala verilən kartof əvvəlcə yuyulur, soyulur, ardından qabığın üzündə və daxildə olan yararsız hissələr inspeksiya olunaraq kənarlaşdırılır. Sonra doğrama mərhələsi başlanır. Bu zaman kartof yenidən yuyulur və doğrama zamanı üzə çıxan kraxmal kənarlaşdırılaraq bişirilməyə verilir. Ardından kartoflar qızartma sobasına nəql olunur. Təkrar inspeksiya olunur, ədviyyat bölümünə keçirilir və qablaşdırmaya verilir. Hazır məhsul saxlama anbarında yerləşdirilir. Sahə rəhbəri deyir ki, istehsal olunan məhsulun saxlanma müddəti 6 aydır. Alış bazarı təmin olunduğundan məhsulun köhnəlmə riski yoxdur.


Hazır məhsul əsasən Asiya ölkələrinə ixrac olunur


Burada istehsal edilən məhsulun ixracına 2015-ci ildə başlanılıb. İlk ölkələr arasında Türkmənistan, Gürcüstan, Çin Xalq Respublikası, Malayziya, İraq, Qətər, Rusiya Federasiyası və Tacikistan var. Gələcəkdə ixracın daha da artırılması üçün lazımi işlər görülür.

Kartof emalı sahəsinin laborantı Mənsur Mənsimov deyir ki, kartof cipsisi yaş məhdudiyyəti olmadan hər kəs tərəfindən istehlak oluna bilir. Ona görə də məhsul gigiyenik tələblərə cavab verməlidir. Buna görə istehsalata başlanan zaman xəttin lap başından son mərhələyə kimi bütün prosesə nəzarət olunur. İlk növbədə kartofun quru maddəsi, qızardılmış kartofun yağı, hazır məhsulda isə nəmliliyi, duzluluğu, paketin çəkisi diqqətdə saxlanılır. Həmçinin paketin içərisinə mikrobioloji azot qazı vurulur və vaxtaşırı qaza nəzarət edilir.


Müəssisənin limonadları ərəb ölkələrində çox populyardır


Limonad emalı sahəsinə daxil oluruq. Burada da iş qaynayır. Keyfiyyətə nəzarət şöbəsinin müdiri Vəfa Məmmədova ilə söhbət zamanı bəlli oldu ki, zavodun əsası 2011-ci ildə qoyulub və 2 hektar ərazidə yerləşir. Müəssisə İtaliyanın SİPA və Fransanın SİDEL şirkətinin avadanlıqları ilə təchiz edilib.

Şüşə və plastik qablaşdırma üçün nəzərdə tutulan limonad sahəsi özündə 3 xətti birləşdirir. Bunlar şüşə xətti, isti və soyuq dolumdur. Şüşə xəttində qazlı və qazsız sular, fərqli ölçülü limonadlar istehsal edilir. Orta və soyuq xətdə isə "Pepsi” brendinə aid olan içkilər istehsal olunur.

Burada bu ildən etibarən energetik içki istehsalına başlanılıb. İsti dolumda isə "Zolotoy sad” adlı içkilər, fərqli soyuq çaylar və sair məhsullar istehsal olunur.

Bu sahədə istehsal olunan qazlı və qazsız məhsullar əsasən yerli bazarda realizə olunur. Şüşə qablarda istehsal olunan limonadlar ərəb ölkələrində çox populyardır. Məhsul İraqa, Yəmənə və digər ölkələrə göndərilir. Alma, armud, nar, heyva və digər meyvələrdən hazırlanan məhsulların müştəriləri daha çoxdur.

Ümumilikdə isə şəhərcikdə istehsal olunan məhsullar dünyanın onlarca ölkəsində istehlak olunur.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM