Alternative content

16:15 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sənayedə özəl sektorun özəl payı - 82,6 faiz
Sənayedə özəl sektorun özəl payı - 82,6 faiz
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:00 10.02.2019


Regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramının icrası başa çatdı. Bölgələrin 2004-cü ildə I Dövlət Proqramının qəbulu ilə başlayan sosial-iqtisadi inkişafı son 5 ildə də davam etdi. Və bu inkişafda ildən-ilə ölkə iqtisadiyyatında, xüsusən də qeyri-neft sektorunda çəkisi və payı artan sahibkarlıq da mühüm rol oynadı.

Prezident İlham Əliyev III Dövlət Proqramının icrasının başa çatmasına həsr olunan konfransda dövlətin sahibkarlığa dəstək verdiyini və bu dəstəyin davam edəcəyini vurğulayaraq demişdir: "Sahibkarlıqla bağlı siyasətimiz davam etdiriləcək. Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarlarına, öz fermerlərinə bu qədər diqqət göstərir. Əlbəttə ki, biz sahibkarlardan daha böyük nəticələr gözləyirik. Gözləyirik ki, onlar bundan sonra da ölkə iqtisadiyyatına öz töhfələrini verəcəklər”.

Məlum olduğu kimi, Prezidentin fərmanı ilə növbəti 5 il üçün 4-cü regional inkişaf proqramı qəbul edilmişdir. Bu proqramın icrası üçün 17 milyard manatdan çox kapital qoyuluşu nəzərdə tutulur. IV proqramın icrasında da özəl sektora geniş meydan verilib. Belə ki, qarşıdakı 5 il ərzində ölkə üzrə yatırılacaq sərmayənin 4,6 milyard manatının özəl sektor tərəfindən icra ediləcək layihələrə sərf olunması planlaşdırılıb.

Qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi tədbirləri çərçivəsində 2014-2018-ci illərdə bu sektorda 8, qeyri-neft sənayesində isə 32 faiz artım qeydə alınıb. Həmin dövrdə 16 mindən çox sahibkara ümumi dəyəri 2,6 milyard manat olan layihələrə 1 milyard manatdan çox güzəştli kredit verilib. Bunun 79 faizi aqrar sektorun, 21 faizi müxtəlif sənaye və digər emal sahələrinin inkişafına yönəldilib. Qeyd edək ki, həmin dövrdə güzəştli kreditlərin 70 faizi regionda fəaliyyət göstərən sahibkarlara verilib.

Təkcə sonuncu dövlət proqramının icrası sayəsində ölkəmizdə arıçılığın, şərabçılığın, narçılığın, meyvə və tərəvəzçiliyin, fındıqçılığın, xurmaçılığın, zeytunçuluğun, tütünçülüyün, tekstilin, çayçılığın, süd və süd məhsullarının, qablaşdırma sənayesinin, mebel, tikinti materiallarının, maşın və avadanlıq istehsalının inkişafında böyük dönüş yaranıb. Belə nailiyyətlərin əldə olunmasında həmin sahələrdə çalışan sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin ayrılması və verilən mənəvi dəstək mühüm rol oynayıb. Qeyd edək ki, ötən il sahibkarlara 160,2 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığın inkişafına dəstək məqsədilə dövlət tərəfindən investisiya təşviqi mexanizmi də hazırlanıb. İndiyədək 292 sahibkarlıq subyekti 332 investisiya təşviqi sənədi alıb. Bu layihələrin icrası sayəsində yerli istehsala 2,8 milyard manatdan çox investisiya yatırılacaq. Vurğulayaq ki, həmin layihələrin 87 faizi regionların payına düşür.

Ümumiyyətlə, Azərbaycanda sahibkarlığa dəstək vermək üçün müxtəlif üsullardan istifadə edilir. Bunlardan biri İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılmasıdır. Qurumun iri rayon və şəhərlərdə yaradacağı kiçik və orta biznes evləri bu təbəqədən olan sahibkarların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin rəqabət qabiliyyətini daha da artıracaq, ən əsası isə, sahibkarların dövlət xidmətlərinə vahid məkan prinsipi əsasında çıxışını təmin edəcək. Bununla yanaşı, "KOB Dostu” şəbəkəsinin genişləndirilməsi istiqamətində də müvafiq işlər aparılır. Artıq Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda "KOB Dostu” fəaliyyət göstərir. Gələcəkdə digər rayonlarda da belə mərkəzlərin yaradılması nəzərdə tutulub.

Ölkədə sahibkarlığın inkişafı üçün yaradılan belə əlverişli şərait daha çox insanın bu sektora maraq göstərməsi ilə nəticələnir. Təkcə ötən il özəl müəssisə və təşkilatların sayı 9,9 faiz artaraq 130323-ə çatmışdır. Qeydiyyata alınan sahibkarlar daha çox ticarət, nəqliyyat vasitələrinin təmiri, tikinti, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, eləcə də peşə, elm və texniki fəaliyyət sahələrinə üstünlük verirlər.

Bunu təsdiqləyən başqa bir fakt: ötən il yeni yaradılan müəssisə və təşkilatların 98,9 faizi xüsusi mülkiyyətli (o cümlədən 10,9 faizi tam xarici investisiyalı, 2,1 faizi birgə mülkiyyətli), 1,1 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşüb. Reyestr qeydiyyatından keçən statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə, İran, Böyük Britaniya, Rusiya, ABŞ, Almaniya sahibkarlarına məxsusdur. Bütün bunlar bir daha sahibkarlığın inkişafı üçün ölkəmizdə olan münbit mühitdən xəbər verir.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM