Alternative content

17:03 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 8,8 milyard dollarlıqdan çox müsbət saldo, 1,7 milyard dollarlığa yaxın qeyri-neft məhsullarının ixracı
8,8 milyard dollarlıqdan çox müsbət saldo, 1,7 milyard dollarlığa yaxın qeyri-neft məhsullarının ixracı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:59 10.02.2019


Dövlət Statistika Komitəsi Azərbaycanın 2018-ci il üzrə xarici ticarət əlaqələri barədə məlumat açıqlayıb. Məlumata görə, keçən il Azərbaycan dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 113 ölkəyə məhsul ixrac, 178 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 31 milyard 755,9 milyon, o cümlədən ixracın dəyəri 20 milyard 290,9 milyon, idxalın dəyəri 11 milyard 465 milyon dollar təşkil etmiş, nəticədə 8 milyard 825,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9, o cümlədən ixrac 31,1, idxal 30,5, real ifadədə isə dövriyyə 0,5, o cümlədən ixrac 0,6, idxal 0,2 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ixracın 30,2 faizini İtaliyaya, 9,4 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,8 faizini Çexiyaya, 4,2 faizini Hindistana, 4 faizini Almaniyaya, 3,7 faizini Tayvana (Çinin əyaləti), 3,4 faizini Rusiyaya, hər biri 3,1 faiz olmaqla Kanada və İndoneziyaya, 2,7 faizini Portuqaliyaya, 2,5 faizini Gürcüstana, 2,3 faizini Fransaya, 2 faizini İspaniyaya, qalan 17,9 faizini digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 13,8 faizi Türkiyə, 10,4 faizi Çin, 5,8 faizi Almaniya, 4,6 faizi ABŞ, 4,5 faizi İsveçrə, 4,1 faizi Ukrayna, 3,6 faizi İran, 3,3 faizi Yaponiya, 3 faizi İtaliya, 2,3 faizi Birləşmiş Krallıq, 28,2 faizi isə digər ölkələrlə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2018-ci ildə Azərbaycandan 1 milyard 689,2 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilə nisbətən faktiki qiymətlərlə 9,8, real ifadədə isə 1 faiz çoxdur. Ötən il 2017-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,4, təzə tərəvəz - 1,6, kartof - 15,6, bitki yağları - 14,2, meyvə və tərəvəz konservləri 12,2, marqarin, qida üçün yararlı digər qarışıqlar - 5,2, polietilen - 5,1, emal olunmamış alüminium - 9,4, pambıq ipliyi - 35 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 1,8, pambıq lifi - 2,4 dəfə artmışdır.

2017-ci illə müqayisədə 2018-ci ildə buğda idxalı 15,2, bitki yağları - 0,8, xam şəkər və şəkər - 35,2, kərə yağı, digər süd yağları və pastaları - 12,3, çay - 4,6, kartof - 5,7, mal əti - 10, təzə tərəvəz - 41,3, polad prokatı - 11,4, rezin şinlər - 13,7 faiz azalmışdır ki, bunun da əsas səbəbi yerli istehsalın artmasıdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM