Alternative content

04:55 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV TAP Azərbaycan qazını Avropaya vaxtında çatdıracaq
TAP Azərbaycan qazını Avropaya vaxtında çatdıracaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:56 10.02.2019


2018-ci ildə "Cənub qaz dəhlizi”nin reallaşması istiqamətində mühüm addımlar atıldı. May ayında Bakı yaxınlığındakı Səngəçal terminalında layihənin rəsmi açılış mərasimi keçirildi. Buna "Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində qazın əldə olunması və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsinin başa çatdırılması imkan yaratdı.

İyun ayında Transanadolu Qaz Boru Kəməri (TANAP) istifadəyə verildi. Beləliklə, "Cənub qaz dəhlizi”nin dörd seqmentindən üçü artıq reallaşıb. Dördüncü hissənin - Transadriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişi isə uğurla davam edir.

TAP "Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Bu, strateji əhəmiyyətli bir layihədir, Avropanın mavi yanacağa olan tələbatını ödəyəcək və enerji təhlükəsizliyinə ciddi dəstək verəcək. TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçəcək və sonuncu hissəsi İtaliya torpağında quru sahəyə çıxacaq. Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

Artıq İtaliyada TAP-ı qaz şəbəkəsinə birləşdirəcək kəmərin tikintisinin vaxtı da açıqlanıb. Bu barədə ölkənin kütləvi informasiya vasitələrində xəbər yayılıb. KİV "Snam” şirkətinin məlumatına istinadən bildiriblər ki, interkonnektor qaz xəttinin tikintisinə bu ilin fevral-mart aylarında başlanılması gözlənilir. "Snam-TAP” layihəsi üzrə 55 kilometrlik interkonnektor qaz xəttinin çəkilməsi nəzərdə tutulur.

"Snam” TAP-ın səhmdarlarından biridir və layihədə SOCAR (20 faiz), BP (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) və "Axpo” (5 faiz) şirkətləri ilə tərəfdaşlıq edir. O, sözügedən layihədə 20 faiz iştirak payına malikdir.

"Snam” əvvəllər İtaliyanın "Eni” energetika qrupunun törəmə şirkəti olub. Şirkət təbii qaz infrastrukturunun qurulması üzrə ixtisaslaşıb və 2017-ci ilin sonuna olan göstəriciyə görə, bazar kapitalının həcmi 13,953 milyard avro təşkil edib.

Xatırladaq ki, ümumi dəyəri 4,5 milyard avro olan TAP kəməri ilə ilkin mərhələdə ildə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Sonrakı illərdə bu həcm artırıla da bilər.

Layihənin İtaliyada başa çatmasına baxmayaraq, təbii qazın gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm də ondadır ki, Yunanıstan-Bolqarıstan interkonnektoru və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.

TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Həmin vaxtdan da tikinti işlərinə başlanıb.

Kəmərin yolu qısa olmadığından və ayrı-ayrı hissələrinin fərqli coğrafi şəraitdə yerləşdiyindən inşaat işləri də mürəkkəbdir. Belə ki, marşrut boyu kəmərin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr aşağıda yerləşir. Ən yüksək hissəsi isə Albaniya dağlarında 1800 metrə çatan zirvələrdən aşır. Xəttin quru hissəsində boruların diametri 48 düym olduğu halda, sualtı hissədə onlar xeyli dar - 37 düymdür. Beləliklə, tikinti işlərinin mürəkkəbliyi onunla şərtlənir ki, digər kəmərlərdən fərqli olaraq, TAP-ın xeyli hissəsi suyun altından və dağ zirvələrindən keçir. Üstəlik, kəmərin bir sıra yerüstü obyektləri, məsələn, ölçmə və kompressor stansiyaları da var.

TAP AG şirkətinin verdiyi məlumata görə, kəmərin Yunanıstan və Albaniya hissəsində marşrut boyunca xəndəyin 98 faizi artıq qazılıb. TAP layihəsi üzrə mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla işlərin 82,4 faizi icra edilib. Tikinti meydançalarında işlər uğurla davam etdirilir. Bu da kəmərin Azərbaycan qazını Avropaya nəzərdə tutulduğu vaxtda, yəni gələn il çatdıracağına zəmanət verir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM