10 Fevral 2019 00:51
846
Elm və texnika
A- A+

Nəyəsə toxunduqda elektrik keçirirsən?


Yəqin ki, hər biriniz harasa toxunarkən müəyyən vaxtlarda özünüzü elektrik keçirirmiş kimi hiss edirsiniz. Bunun səbəbi nədir?

Alimlər insandan insana və yaxud hər hansı bir əşyaya toxunan zaman yaranan elektriki "statik elektrik” adlandırırlar. Bu, insan bədəninin səthində yığılan elektrik yüküdür. İnsan bunu öz bədənində hər zaman hiss edə bilər, lakin xüsusilə qış aylarında yun və sintetik geyimlər geyinən insanlarda bu gərginlik daha çox artır. Əgər insan bədənindəki elektrik yükü torpağa ötürülməzsə, bu zaman insan üzərində gərginlik artır və keçirici əşya ilə təmasda olduqda elektrik bədəndən çıxır.

Bu təmas zamanı orqanizmdə elektrik boşalması baş verir. Bizim şahid olduğumuz cərəyan vurma hissi də məhz bu zaman yaşanır.

Araşdırmalara görə, bədənimizdəki statik enerjinin ilk kəşfi təxminən 2000 il əvvələ gedib çıxır. Belə ki, ilk dəfə yunan alim Thales kəhrəba ilə parçanın bir-birinə sürtünməsi ilə kiçik qığılcımların çıxdığını görüb və iki cismin sürtünməsi ilə ortaya çıxan statik enerji ilk dəfə bu şəkildə müşahidə edilib. Statik enerji şimşək çaxması nəticəsində meydana gəlir və insanlara təsir edərək onların orqanizmlərində, əşyalarda toplanır. Xüsusilə daim kompüter arxasında iş görən insanlar bu enerji toplanmasına daha çox məruz qalırlar. Bu enerjini bədənimizdən atmadıqda hər hansı bir əşyaya toxunduğumuz zaman bayıra çıxır.

Statik enerji gərginliyindən qurtulmaq üçün torpaqda və hər hansı beton üzərində tez-tez yalın ayaqla gəzmək və su ilə tez-tez təmasda olmaq lazımdır. Xüsusilə dənizə girmək, duş qəbul etmək bu enerjini insan bədənindən çıxarır. Bacardığınız qədər altı rezin ayaqqabılardan və sintetik paltarlardan uzaq durmanız lazımdır.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video