Alternative content

05:30 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qızdırma qalxdıqda hərarəti düşürməyə tələsməyin
Qızdırma qalxdıqda hərarəti düşürməyə tələsməyin
ANA SƏHİFƏ / Elm və texnika
00:34 10.02.2019


Hələ ötən əsrin 70-ci illərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, infeksiya zamanı bədənin temperaturunun yüksəlməsi immun sisteminin virusun çoxalmasının qarşısının alınmasına yönəlmiş normal reaksiyasıdır. Yüksək temperaturda viruslar çoxala və yayıla bilmir.

Əgər temperatur müxtəlif vasitələrlə süni yolla salınırsa, bədən virusun normal çoxalması üçün əlverişli vəziyyətə gətirilir, beləliklə, xəstəlik daha uzun müddət davam edir. Temperatur yalnız 38.5 dərəcəni keçdikdə hərarəti salmaq üçün müəyyən addımların atılması tövsiyə olunur.

"Əslində, qızdırma xəstəlik deyil” söyləyən terapevt Xatirə İsayeva məlumat verir ki, bu, hər hansı bir xəstəliyin xəbəredicisi olaraq özünü göstərir.

Qızdırmanın səbəbləri, əsasən bakterial və ya virus infeksiyalarıdır. Bununla yanaşı, iltihabi və revmatik xəstəliklərin nəticəsi olaraq da, qızdırma yüksəlməsi ola bilər. Temperaturun yüksək - 39-40 dərəcə olması kiçikyaşlı uşaqlar üçün çox təhlükəli olaraq onlarda qıcolmaların baş verməsinə, hətta ölməsinə belə səbəb ola bilər.


Gizli təhlükə


Terapevt bildirir ki, bəzən insanda heç bir qızdırma əlaməti müşahidə olunmur. Xüsusən körpələrdə qızdırmanı hiss etməyən valideyn ondan gec xəbər tutur ki, bu da uşaqda qüsur yaranmasına səbəb ola bilər: "Gizli qızdırma zamanı uşaqda heç bir istilik əlaməti olmur. Lakin gözlərin eyni istiqamətə dirənməsi, ağızdan köpük gəlməsi, uşağın heç nəyə reaksiya verməməsi vəziyyətin ciddi olduğunu göstərir. Belə olan halda ev şəraitində uşağı bir tərəf üstündə uzadıb nəfəs alması üçün kömək etmək və həkim çağırmaq lazımdır. Ən təhlükəlisi də gizli qızdırmadır”.

Xatirə İsayevanın sözlərinə əsasən, qızdırmanın yaranma səbəbləri aydınlaşdırıldıqdan sonra müalicə ilə həll etmək mümkündür. Amma bu, hər qızdırması qalxan insana aid edilmir. Elə insan var ki, qızdırma günlərlə davam edir, 1 ay ərzində 3-4 dəfə temperaturu yüksəlir. Bu isə artıq onu göstərir ki, insan orqanizmində normal olmayan hansısa proses gedir və bədən bununla mübarizə aparır. Əksər belə davamlı qızdırma viruslardan yaranır ki, orqanizm həmin virusa qarşı həssas olur. Boğaz anginalarını göstərmək olar ki, qızdırmanın yüksəlməsində onun da rolu böyükdür.


Belə etmək olmaz


Həkim məsləhət verir ki, qızdırma zamanı bədən dəri vasitəsilə çoxlu maye itirir. Buna görə də qızdırma hiss edən kimi müxtəlif mürəbbələrlə birlikdə çay, limonlu su qəbul etmək lazımdır. Bu, qızdırmanın bədəni yormasının qarşısını alır. Həmçinin 10-20 dəqiqə ərzində sirkəli, yaxud adi soyuq su ilə kompres etmək də qızdırmanı sala bilər. Amma bu proses göstərilən müddətdən artıq olmamalıdır. Enməyən və daha da yüksələn qızdırma zamanı artıq evdə müdaxilə edilməməli və həkimə gedilməlidir.

Onu da qeyd edək ki, temperatur yüksəldikdə bunları qətiyyən etmək olmaz:

* Çox soyuq və müəyyən nahiyələrə bezlər qoymaq olmaz. Bunlar titrəməyə səbəb olaraq temperaturun daha da yüksəlməsi ilə nəticələnə bilər.

* Alkoqol və sirkə ilə bədəni silmək.

* Üşüyə bilər qorxusu ilə geyindiklərini çıxartmamaq və daha çox geyinmək.

* Səhv dərmanlardan istifadə etmək: yüksək və ya aşağı dozada dərman içmək.


Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM