Alternative content

18:35 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xaş - həm xeyirli, həm zərərli
Xaş - həm xeyirli, həm zərərli
ANA SƏHİFƏ / Elm və texnika
00:29 10.02.2019


Qış fəslində, adətən, ən çox yeyilən xörəklərdən biri də xaşdır ki, orqanizmə çox faydalıdır.

Amma həkim-diyetoloq Leyla Zülfüqarlı bildirir ki, xaşı yeyərkən bir neçə məqama diqqət etmək lazımdır: "Xaş tərkibində çox miqdarda vitamin D olan ən faydalı yeməklərdən biridir. Gec bişən xörək olduğu üçün orqanizmdə də həzminə çox vaxt sərf olunur. Buna görə də xörək hazır olduqdan sonra üzərindəki yağı atmalı və jele formalı suyunu içmək, ət tikələrini yemək lazımdır. Xüsusilə ətinin tərkibində amin turşuları və Omeqa-3, maqnezium, fosfor var. Üzərindəki yağ isə, işlənmiş, yəni doymuş yağ turşularıdır və həmin yağların orqanizmə xeyirdən çox zərəri var. Bu cür yağ orqanizmə ötürüldüyü təqdirdə, xolesterinin çoxalması nəticəsində qan-damar dövranı sistemində problemlərə, qaraciyər piy distrofiyasına, ürəkdə bəzi xəstəliklərə, kilo alma problemlərinə səbəb ola bilər”.


Spirtli içki və çörəklə yemək olmaz


Diyetoloq onu da vurğulayır ki, xaşı isti-isti və çörəklə yemək olmaz. Bu xörəyi soyuq şəkildə yemək lazımdır, bu halda orqanizm vitamin D və kalsium almış olur: "Eyni zamanda ondan nəinki protein, hətta karbohidrat da almış oluruq ki, buna görə çörəklə yeməyə ehtiyac yoxdur. Xörəyin tərkibində gec həzm olan maddələr olduğu üçün, qəbul olunandan 3-4 saat sonraya qədər heç nə yemək lazım deyil. Həmçinin bəzən spirtli içkilərlə xaş yeyirlər və dərhal üzərindən çay, yaxud başqa qidalar qəbul edirlər ki, bu da yolverilməzdir. Vacibdir ki, xaş yeyərkən yanında mütləq sirkə, limon, sarımsaq olsun”.

Həzmi çətin olduğu üçün uşaqlara xaşı kiçik həcmdə vermək lazımdır, təxminən 50-100 qram. Xüsusilə 4-5 yaşdan yuxarı uşaqlara sağlam sümük üçün tərkibi D vitamini ilə bol, düzgün bişirilmiş xaş yedizdirmək olar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM