10 Fevral 2019 00:27
888
Elm və texnika
A- A+

Möcüzəli çiçək


Çobanyastığı çox güclü antiseptik, mikrob və virus əleyhinə xüsusiyyətlərə malikdir.

Angina, faringit zamanı çobanyastığı dəmləməsindən istifadə çox yaxşı effekt verir. Bunun üçün 1 xörək qaşığı quru çobanyastığı 1 stəkan qaynar suda dəmlənir, süzülür və gün ərzində bir neçə dəfə qarqara kimi istifadə olunur.

Diş ağrısı, diş və damaq iltihabları, digər ağız boşluğu iltihabları zamanı da çobanyastığından istifadə yaxşı nəticələr verir.

Zökəm, haymorit, sinusitlər zamanı çobanyastığı dəmləməsi ilə burun boşluğunu yumaq və buruna çobanyastığı yağı (hər burun yoluna 1-2 damcı) damcılatmaq olar.

Çobanyastığı dəmləməsi (daxilə qəbul edilir) mədə-bağırsaq sistemində olan iltihablarla, parazitlərlə uğurla mübarizə aparır, köp, sancılar, ishal zamanı yaxşı kömək edir, ödqovucu təsirə malikdir, iştahanı artırır, mədə şirələrinin ifrazını stimullaşdırır. Qastrit, kolit, mədə və on iki barmaq bağırsaq xorası xəstəlikləri zamanı da bundan istifadə effekt verir.

Çobanyastığı insanın sinir sisteminə də çox yaxşı sakitləşdirici təsir edir. Gecə yatmazdan əvvəl 1 stəkan çobanyastığı çayına (1 stəkan qaynar suya 1 çay qaşığı çobanyastığı) 1 çay qaşığı bal əlavə edib için. Bu vasitə yaxşı sakitləşdirici təsir edir və yuxusuzluqla mübarizədə çox yaxşı köməkçidir. Bundan əlavə, belə çay yüksək qızdırmanın salınmasına kömək edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video