09 Fevral 2019 21:09
798
İDMAN
A- A+

“Qarabağ” “Sumqayıt”ı məğlub edərək “Neftçi” ilə xallarını bərabərləşdirib


Fevralın 9-da Azərbaycan Premyer Liqasının XVI turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ikinci matçında son çempion "Qarabağ” səfərdə "Sumqayıt” klubunun qonağı olub.

Görüş ağdamlıların 0:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ”ın heyətində Filip Ozoviç (20) və Bədavi Hüseynov (81) fərqləniblər. Bu qələbə sayəsində Ağdam təmsilçisi xalların sayını 34-ə çatdıraraq turnir cədvəlindəki əsas rəqibi "Neftçi” ilə xallarını bərabərləşdirib. "Sumqayıt” isə 15 xalla 6-cı yerdə qərarlaşıb.

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu görüşdə Qara Qarayev və Mahir Mədətovun xidmətindən yararlana bilməyib. Qarayev ötən tur "Neftçi” ilə matçda qırmızı vərəqə alıb, Mədətov isə həmin görüşdə 4-cü sarı vərəqəsini alaraq cəzalı vəziyyətə düşüb.

"Sumqayıt” 13 oyundur ki, "Qarabağ”ı məğlub edə bilmir. Ardıcıl üç qələbə qazanan Ağdam təmsilçisi son 13 matçda meydanı qolsuz tərk etməyib. Komandalar çempionatda indiyədək 26 dəfə qarşılaşıblar. Bu oyunların 19-da "Qarabağ” qələbə qazanıb. Dörd oyunda "Sumqayıt” meydanı üç xalla tərk edib, üç görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də "Qarabağ”ın üstünlüyü var - 54:12.

Xatırladaq ki, tura "Sabah” – "Qəbələ” oyunu ilə start verilmişdi. Həmin görüş qəbələlilərin minimal hesablı qələbəsi ilə başa çatmışdı (0:1).

Turun digər iki qarşılaşması fevralın 10-da keçiriləcək. Günün ilk oyunu saat 14:00-da "Bakcell Arena”da başlayacaq. Meydan sahibi "Neftçi” "Keşlə” ilə qarşılaşacaq. Matçı İnqilab Məmmədov idarə edəcək.

Turun sonuncu qarşılaşması isə "Səbail” və "Zirə” komandaları arasında olacaq. Saat 16:30-da başlayacaq qarşılaşmanın idarə olunması Əliyar Ağayevə tapşırılıb. Oyun "Bayıl Arena”da keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video