09 Fevral 2019 20:55
803
İDMAN
A- A+

Azərbaycan Premyer Liqası: “Qəbələ” “Sabah”ı məğlub edərək dördüncü pilləyə yüksəlib


Fevralın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun start görüşü "Əlincə Arena” stadionunda baş tutub. "Sabah” komandası "Qəbələ”ni qəbul edib. Səbuhi Bayramovun idarə etdiyi görüş "Qəbələ” klubunun 0:1 hesablı qələbəsi ilə başa çatıb.

Əyalət təmsilçisinin oyunda yeganə qolunu Rauf Əliyev 31-ci dəqiqədə aktivinə yazıb. Matçın 45-ci dəqiqəsində "Sabah”ın əsas qol silahı sayılan Marko Deviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qələbədən sonra "Qəbələ” xalların sayını 23-ə çatdıraraq turnir cədvəlində dördüncü yerə yüksəlib, "Sabah” isə 20 xalla beşinci yerə enib.

Qeyd edək ki, ilk dövrədəki matçda Elşad Əhmədovun rəhbərlik etdiyi komanda "Qəbələ”ni məğlub edib - 1:0. Sənan Qurbanovun yetirmələri isə Qəbələdəki oyunda rəqibini 2:1 hesabı ilə üstələyiblər.

Azərbaycan kubokunun dörddəbir final mərhələsində də "Sabah”ı iki oyunun nəticəsinə görə, mübarizədən kənarlaşdırıb - 1:0, 1:0.

"Sabah”ın yeni transferi Təmkin Xəlilzadə sarı vərəqə limitində olduğu üçün sabiq komandasına kömək edə bilməyib. Debütantın digər oyunçusu Məqsəd İsayev də "Zirə” ilə oyunda qırmızı vərəqə aldığı üçün bu matçı buraxıb.

Xatırladaq ki, günün digər oyunu "Kapital Bank Arena”da keçiriləcək "Sumqayıt” komandası çempion "Qarabağ”ı sınağa çəkəcək. Orxan Məmmədovun idarə edəcəyi oyun saat 18:30-da start götürəcək.

Turun digər iki qarşılaşması fevralın 10-da keçiriləcək. Günün ilk oyunu saat 14:00-da "Bakcell Arena”da başlayacaq. Meydan sahibi "Neftçi” "Keşlə” ilə qarşılaşacaq. Matçı İnqilab Məmmədov idarə edəcək.

Turun son sonuncu qarşılaşması isə "Səbail” və "Zirə” komandaları arasında baş tutacaq. Saat 16:30-da başlayacaq qarşılaşmanın idarə olunması Əliyar Ağayevə tapşırılıb. Oyun "Bayıl Arena” stadionunda keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video