Alternative content

03:35 19 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
01:02 19.02.2019 Xocalıda sönən ocaqlar
00:52 19.02.2019 Vaxt və zaman ölçüsü
00:51 19.02.2019 Çillə suyu
00:50 19.02.2019 Bənövşəni hamı sevir
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnsulin inyeksiyasını əvəzləyən həb hazırlanıb
İnsulin inyeksiyasını əvəzləyən həb hazırlanıb
ANA SƏHİFƏ / Səhiyyə
20:42 09.02.2019

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri orqanizmə insulinin peroral (ağız vasitəsilə qəbulu) çatdırılmasını təmin edən texnologiya işləyib hazırlayıblar. Onun köməyi ilə alimlər diabet xəstələrinin ənənəvi müalicəsində insulin inyeksiyasını əvəzləyəcək həb-kapsul hazırlayıblar.

AZƏRTAC bu barədə "MedikForum”a istinadla xəbər verir.

İnsulin asılılığı olan diabet xəstələri inyeksiyanı hər gün həyata keçirməlidirlər. Amerikalı alimlər tərəfindən yaradılan xüsusi kapsul insulini mədəyə çatdırır, burada da dərman qoruyucu örtüyü lazımi dəqiqədə tərk edir.

"Yeni həb mədənin dəyişkən mühitinə yaxşı uyğunlaşır. Kapsul biopozucu polimer və paslanmayan polad komponentlərindən hazırlanıb. Bütün doza çıxdıqdan sonra kapsul sərbəst şəkildə orqanizmdən xaric olunur”, - deyə ixtiranın müəllifləri bildiriblər.

Alimlər heyvanların (donuzlar) üzərində apardıqları silsilə eksperimentlərdə həmin həbin hansı miqdarda insulini orqanizmə çatdıra biləcəyini yoxlayıblar. Bu yaxınlarda onlar dozanı 5 mq-dək artırmağa müvəffəq olublar. Bu, diabet xəstələrinə zəruri olan insulin miqdarı ilə tutuşdurula bilər.

Ekspertlər bildirirlər ki, bu yenilik digər inyeksiyalı dərman vasitələrində də tətbiq edilə bilər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM