Alternative content

04:46 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çindəki ən qədim “Quran” nüsxəsi sərgidə nümayiş olunur
Çindəki ən qədim “Quran” nüsxəsi sərgidə nümayiş olunur
ANA SƏHİFƏ / DÜNYA
17:40 09.02.2019

Çində oğuz boyundan olan salarların yaşadığı Çinxay vilayətində təşkil edilən ənənəvi dəvə festivalında dünyadakı ən qədim "Quran” nüsxələrindən biri nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, Çindəki ən qədim "Quran” əlyazması olan həmin nüsxənin VIII və XIII əsrlər arasında yazıldığı güman edilir. Otuz hissədən, 867 səhifədən ibarət ipək üzlüklü müqəddəs kitab Salar Muxtar Dairəsindəki Ciecı məscidində saxlanılır. Kitab yalnız ildə bir neçə gün davam edən dəvə festivalında ictimaiyyətə nümayiş olunur.

Qeyd edək ki, Çindəki 55 etnik xalqlardan biri olan salarların əcdadları XIII əsrdə Mərkəzi Asiyadan indiki Çin ərazisinə köç ediblər. Güman olunur ki, həmin "Quran” nüsxəsini də salarların əcdadları özləri ilə ağ dəvə üzərində gətirərək, günümüzədək mühafizə ediblər. Bu səbəbdən də festival dəvə adı ilə bağlıdır. Kitab 1958-ci ildə daha yaxşı mühafizə olunmaq üçün Pekinə göndərilsə də, salarların xahişi ilə 1982-ci ildə geri – Ciecı məscidinə qaytarılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM