09 Fevral 2019 14:50
630
DÜNYA
A- A+

Yunanıstan Şimali Makedoniyanın NATO-ya qoşulmasını dəstəklədi


Yunanıstan parlamenti Şimali Makedoniya Respublikasının NATO-ya daxil olması haqqında protokolu təsdiqləmişdir. 153 deputat sənədi dəstəkləmiş, 140-ı əleyhinə səs vermişdir. Şimali Makedoniyanın Baş naziri Zoran Zayev yunan parlamentarlarının qərarına münasibət bildirərkən qeyd etmişdir ki, "biz təmin olunmuş uğura doğru hərəkət edirik”.

NATO Şimali Makedoniya Respublikasının alyansa daxil olması haqqında qərarı fevralın 6-da qəbul etmişdir. NATO-nun iştirakçısı olan bütün ölkələr protokolu təsdiqlədikdən sonra Şimali Makedoniya alyansın 30-cu dövləti olacaq.

Xatırladaq ki, keçmiş Yuqoslaviya Respublikası – Makedoniya 1999-cu ildə NATO üzvlüyünə hazırlaşmaq üçün fəaliyyət planına qoşulmuşdur. Lakin o vaxt Yunanıstan ölkənin alyansa və Avropa İttifaqına (Aİ) daxil olmasını əngəlləmişdir. Yunanıstanın tərkibində Makedoniya vilayəti olduğundan Afina ehtiyat edirdi ki, "Makedoniya” sözünün qonşu dövlətin adında təsbit olunması onun gələcəkdə Yunanıstan ərazisinin bir hissəsinə iddia etməsinə gətirib çıxara bilər.

Ötən ilin iyununda Yunanıstanın Baş naziri Aleksis Sipras və onun makedoniyalı həmkarı Zoran Zayev Makedoniyanın Şimali Makedoniya Respublikası adlandırılması barədə saziş imzalamışlar. Saziş hər iki ölkənin parlamentlərində təsdiqləndikdən sonra Şimali Makedoniyanın NATO və Aİ-yə qoşulmasının yolu açılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video