Alternative content

04:46 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Karateçilərimiz qitə çempionatında daha bir qızıl medal qazanıblar
Karateçilərimiz qitə çempionatında daha bir qızıl medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
14:24 09.02.2019

Danimarkanın Aalborq şəhərində yeniyetmə və gənc karateçilərin Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Roman Heydərov (21 yaşadək gənclər, kata) və Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite) qızıl medal, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite) isə bürünc müakafata sahib olublar. Bu nəticə ilə Azərbaycan karateçiləri yalnız Türkiyə komandasından geri qalaraq ümumi hesabda 2-ci yeri tutublar.

Fevralın 9-da 7 karateçimiz tatamiyə çıxacaq. Belə ki, 16-17 yaşlı gənclərin kata çıxışları, oğlanların (55 kq, 61 kq, 68kq, 76 kq və 76 kq-dan yuxarı) və qızların (48 kq, 53 kq, 59 kq və 59 kq-dan yuxarı) kumite yarışları keçiriləcək.

Əlli bir ölkədən 1092 idmançının iştirakı ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin 46-cı, 21 yaşadək karateçilərin isə 11-ci qitə çempionatında hələ ki 19 ölkənin idmançıları müxtəlif əyarlı mükafatlara sahib ola biliblər.

Bu gün, həmçinin Avropa çempionatının təntənəli açılış mərasimi olacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM