Alternative content

04:50 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azerspace-1” peyki indiyədək 90 milyon dollar gəlir gətirib
“Azerspace-1” peyki indiyədək 90 milyon dollar gəlir gətirib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:37 09.02.2019

Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1”in orbitə buraxılmasından 6 il ötür


"Azerspace-1” ötən 6 il ərzində 90 milyon ABŞ dolları gəlir gətirib.

AZƏRTAC xəbər verir ki, "Azerspace-1” peykinin 30-dan çox ölkədə daimi müştərisi var. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbatı ödəmək üçün yüksək texniki imkanlar yaradır. Hazırda "Azerspace-1” üzərindən 60-dan çox televiziya və radio kanalları yayımlanır.

"Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder.

"Azerspace-2” peyki isə ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək

"Azerspace-1” ilə yanaşı, "Azersky” – Yer səthinin məsafədən müşahidə peyki, ötən il isə ikinci telekommunikasiya peyki olan "Azerspace-2” orbitə buraxılıb. "Azerspace-2” peyki "Azerspace-1”in orbitdəki ehtiyatıdır.

"Azerspace-2” peyki bu aydan kommersiya fəaliyyətinə başlayıb. "Azerspace-2” Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərir.

Cari ildə "Azerspace-2”nin tutumlarının istifadəsindən 16,5 milyon dollar gəlir əldə ediləcəyi proqnozlaşdırılır. Dəyəri 190 milyon dollar olan bu peykin ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi nəzərdə tutulur. "Azerspace-2” peykinin orbitdə fəaliyyət ömrü minimum 20 ildir.

Qeyd edək ki, Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan "Azerspace-1” peyki "Azərkosmos” tərəfindən idarə edilir. 2014-cü ilin dekabrında "Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky”ın idarəçiliyini təhvil alıb. Bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. ASC-nin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. 2018-ci ilin sentyabrında isə "Azerspace-2” peyki Kuru kosmodromundan uğurla orbitə buraxılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM