09 Fevral 2019 13:31
466
DÜNYA
A- A+

NASA Aya və Marsa uzunmüddətli missiyalar göndərməyi planlaşdırır


ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) inzibatçısı Cim Bridenstine bildirib ki, agentlik Aya və Marsa uzunmüddətli missiyalar göndərməyi planlaşdırır.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, NASA rəsmisi Aya yenidən pilotlu missiya göndərilməsi və astronavtların orada uzun müddət qalması üzrə hazırlıq işlərinin davam etdiyini deyib. Bridenstine özünün "Ozy” şəbəkəsindəki bloqunda yazıb: "NASA-da illərdən bəri işləyən bir əməkdaş kimi insanların tezliklə yenidən Ayın səthinə enməsini arzulayıram. Biz 50 il bundan əvvəl astronavtlarımızın Yerin süni peykinə uçmasını təkrarlamalıyıq. Lakin oraya tez qayıtmaq üçün yox, uzun müddət qalmaq şərti ilə uçacağıq”.

NASA-nın inzibatçısı Amerika raket sənayesi rəhbərlərini Aya səyahət etmək üçün yeni texnologiyalar hazırlamağa, Prezident Donald Trampı və Konqresi isə bu missiyaya maliyyə vəsaiti ayırmağa çağırıb. "Biz Aya yeni innovativ texnologiyalarla gedəcəyik və onun səthində heç bir dövrdə olmayan miqyasda tədqiqatlar aparacağıq. Biz Aya gedəcəyik və orada qalacağıq”, -deyə Bridenstine bəyan edib. O əlavə edib ki, gələn həftə NASA-da bu planların hazırlanmasına başlanılacaq və yeni Ay gəmisinin layihəsi özəl şirkətlərin iştirakı ilə agentliyin mənzil-qərargahında müzakirə olunacaq. Astronavtların göndərilməsi isə növbəti onillikdə nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video