09 Fevral 2019 01:37
1616
SİYASƏT
A- A+

BÖYÜK DAYAQ


İlham Əliyev xalqa layiqli xidmətin ən mükəmməl nümunəsini yaradıb


"Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir, bu, mənim borcumdur”.

2003-cü ildən - ölkə rəhbəri kimi fəaliyyətə başladığı dövrdən xalqın marağını hər şeydən üstün tutan, xoşniyyətli əməlləri, imzaladığı fərman və sərəncamları, praqmatik qərarları ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyən İlham Əliyev iki gün öncə fəaliyyətinin əsas qayəsinin xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulduğunu bir daha sübuta yetirdi.

Şimal bölgəsində baş verən zəlzələnin fəsadlarının tez bir zamanda aradan qaldırılması ilə bağlı ciddi göstəriş verən ölkə lideri səhəri gün Şamaxıya gedərək evləri qəzalı vəziyyətdə olan insanlara baş çəkməsi ilə zəlzələnin həyəcanını yaşayanlara təskinlik verdi, onları mənəvi cəhətdən ovundurdu.


Xalqın etimadını qazanan lider


Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən İlham Əliyevin bu addımı da ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Bu, xalqın Prezidentinə olan etimadını daha da artırdı.

Hər zaman xalqın həm xoş, həm də dar günündə yanında olan Prezident Şamaxıya səfəri ilə bir daha insanlarda ruh yüksəkliyi yaratdı. Dövlət başçısının zəlzələ zamanı evi yararsız və ya qəzalı duruma düşmüş sakinlərlə səmimi söhbəti və verdiyi söz onlarda nikbinlik yaratdı: "Narahat olmayın, tez bir zamanda yeni ev tikiləcək... belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək”.

Bu fikirlər həqiqətən insanlara mənəvi dəstək verdi. Onlarda bir daha əminlik yarandı ki, evləri yenidən bərpa olunacaq və ya yenisi tikiləcək. Prezidentin tapşırığı vaxtında icra olunacaq. Çünki hər bir kəs ölkəmizdə baş verən təbii fəlakətlər, partlayışlar, cəbhəyanı ərazilərdə erməni silahlı birləşmələrinin dinc əhaliyə qarşı həyata keçirdiyi silahlı təxribatlar zamanı dövlət başçısının dərhal həmin əraziyə səfər edərək insanlarla görüşdüyünün, tapşırıqlar verdiyinin şahididir.


Hər zaman vətəndaşın yanında


Dünyada elə bir dövlət başçısı yoxdur ki, insanlarla bu qədər yaxın təmasda, səmimi görüşlərdə olsun, qocalara, uşaqlara, kimsəsizlərə yardım etsin. Saysız-hesabsız görüşləri, insanları səbirlə dinləməsi, onların hər bir məsləhətlərini, arzu və təkliflərini nəzərə alması İlham Əliyevin həqiqətən hər bir azərbaycanlının sevimli Prezidenti olmasından xəbər verir.

2004-cü ildə Lənkəran şəhərində yaşayış binasının uçması zamanı zərərçəkənlərə, 2005-ci ildə metronun "İçərişəhər” stansiyasının eskalatorundakı nasazlıq üzündən ciddi xəsarətlər almış vətəndaşlara, eləcə də həmin ilin dekabrında təyyarə qəzasında həlak olanların yaxınlarına və yaralananlara zəruri yardımların edilməsi, 2007-ci ildə Yasamal rayonu ərazisində Murtuza Muxtarov və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində çoxsaylı insan tələfatı ilə nəticələnən hündürmərtəbəli binanın uçması, 2010-cu ilin may ayında Sabirabad və Saatlı rayonlarında Kür çayında suyun miqdarının normadan xeyli artması nəticəsində yaranan ciddi problemlərin aradan qaldırılması, 2012-ci ildə şimal-qərb bölgəsində baş verən zəlzələ zamanı ciddi tapşırıqlar verməsi və dərhal hadisə yerinə baş çəkərək insanların yanında olması deyilənləri bir daha təsdiqləyir.


Sizinlə qürur duyuruq, cənab Prezident!


Elə bu dəfə də Prezidentin zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün Şamaxıya səfəri göstərdi ki, hər bir məsələ dövlət başçısının şəxsən nəzarəti altındadır.

İkimərtəbəli, beşotaqlı evin iki otağı tamamilə dağılan evin sakini ağbirçək ananın İlham Əliyevə etdiyi alqış isə xalqın dövlət rəhbərinə olan münasibətinin ən səmimi təzahürü idi:

- "Allah Sizi var eləsin. Çox sağ olun, Sizdən çox razıyıq... Allah o bir oğlunuzu gözünüzə çıraq eləsin. Nə yaxşı ki, varsınız. Biz Sizinlə qürur duyuruq”.

Evləri qəzalı vəziyyətə düşən sakinlərlə söhbət zamanı da İlham Əliyevin hər zaman xalqın dayağı, güvənc yeri olduğu təsdiqini tapdı. İnsanlar hər zaman dövlət başçısına güvəndiklərini və onun yanında olduqlarını bəyan etdilər:

- Dar gündə dadımıza çatdınız. Allah canınızı sağ eləsin. Sizin gələcəyinizə inanırdıq. Çünki həmişə xalqının ağır günündə onun yanında olan, xalqına dəstək olan Prezidentin bu təbii fəlakət zamanı şamaxılıların yanında olacağına çox-çox inanırdıq. Nə yaxşı ki varsınız. Xalqa göstərdiyiniz dəstəyə, köməyə görə Sizə həmişə minnətdarıq, çox sağ olun deyirik. Nə yaxşı ki bizim Prezidentimizsiniz. Biz Sizinlə fəxr edirik. Həmişə Sizin yanınızdayıq. Həmişə Sizə inanırıq. Azərbaycanın gələcəyinin etibarlı əldə olduğuna inanırıq və biz bunu görürük. Bu gün bir daha bunun sübutudur. Çox sağ olun ki, gəlmisiniz.

Biz Sizə arxalanırıq. Xalqı bu qədər sevirsiniz. Sağ olun ki, xalqa bu qədər dəstəksiniz. Dəstəyinizə görə minnətdarıq. Prezidentimizin belə qayğıkeşliyi, xalqa xidməti ilə çox qürur duyuruq. Azərbaycan etibarlı əllərdədir.

Dövlətin hər zaman vətəndaşın yanında olduğunu deyən İlham Əliyev isə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılacağını, tezliklə çətinliklərin aradan qaldırılacağını vurğuladı. Sakinlər də bir daha əmin oldular ki, Prezidentin diqqət və qayğısı nəticəsində tezliklə zəlzələnin nəticələri aradan qaldırılacaq, uçmuş evləri bərpa ediləcək, mənzil şəraitləri əvvəlkindən də yüksək səviyyədə təmin olunacaq.


Prezident xalqına, xalq isə öz liderinə güvənir


Bakıya dönən kimi dövlət başçısı baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri ilə bağlı sərəncam imzalayaraq Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayırdı.

Göründüyü kimi, Prezident xalqına, xalq isə öz liderinə inanır və ölkə rəhbərliyi hər bir addımını xalqın mənafeyinə uyğun olaraq atır. Sadəliyi, səmimiliyi, milli təəssübkeşliyi, xalqına sədaqəti, insanlara canyanğısı İlham Əliyevə ümumxalq sevgisi qazandırıb. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən ölkənin xoşbəxt gələcəyinin ən layiqli təminatçısı, qarantı olan cənab İlham Əliyevə xalqın etibarı böyükdür. Hər kəs əmindir ki, Azərbaycan onunla daha böyük zəfərlər qazanacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video