warez script warez forum orkide shell indir sakarya escort mavi orkide Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir film izle

Alternative content

02:47 26 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyəli professor: “Freedom House” kimi təşkilatlar fəaliyyətlərini korrupsiya üzərində qurublar
Türkiyəli professor: “Freedom House” kimi təşkilatlar fəaliyyətlərini korrupsiya üzərində qurublar
ANA SƏHİFƏ / SİYASƏT
01:21 09.02.2019


Fransa Prezidentinin saxta "erməni soyqırımı günü” ilə bağlı açıqlaması və "Freedom House” təşkilatının Azərbaycana qarşı qərəzli mövqeyi eyni məqsədə xidmət edən kampaniyanın tərkib hissəsidir.

Bu fikri AZƏRTAC-a müsahibəsində türkiyəli professor İbrahim Öztək bildirib. "Ədalətin meyarı həqiqətdir. Birinci Dünya müharibəsi dövründə erməniləri silahlandırıb Osmanlı dövlətinə qarşı qaldıran qüvvələr yüz ildir ki, saxta "erməni soyqırımı” mövzusu ilə Türkiyəni məşğul etməyə çalışırlar. Kimə həqiqət lazımdırsa Xocalı soyqırımını tanısın, sonra başqa məsələləri müzakirə edə bilərik. Fransadakı erməni diaspor təşkilatlarının oyuncağına çevrilən siyasətçilər yaxşı bilirlər ki, XX əsrin sonunda işğalçı Ermənistan Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edib. Bir milyon azərbaycanlı məcburi köçkün kimi bütün hüquqlardan məhrum olub. Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır”, - professor qeyd edib. O, "Freedom House” təşkilatının Azərbaycana qarşı qərəzli mövqeyinə də kəskin etiraz etdiyini bildirib. Əlavə edib ki, bu cür təşkilatlar fəaliyyətlərini korrupsiya üzərində qurublar. Professor deyib: "Fransada siyasi böhran tüğyan edir. Dünənə qədər Azərbaycanı və Türkiyəni mitinq iştirakçıları ilə sərt davranmaqda ittiham edirdilər. İndi Fransada nümayişləri yatırmaq üçün ən qəddar üsullara əl atırlar. "Freedom House” təşkilatının fəaliyyəti də eynilə belədir. Bu və onun kimi digər təşkilatlar heç vaxt yerləşdikləri ölkədəki acınacaqlı vəziyyətdən bəhs edə bilməzlər. Çünki onları təsis edəndə qarşılarına missiya qoyublar: qarayaxma apar, ləkələ, böhtan at... "Freedom House” təşkilatının indiki açıqlaması da bu prosesin davamıdır”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM