Alternative content

03:29 19 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
01:02 19.02.2019 Xocalıda sönən ocaqlar
00:52 19.02.2019 Vaxt və zaman ölçüsü
00:51 19.02.2019 Çillə suyu
00:50 19.02.2019 Bənövşəni hamı sevir
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gürcüstanın hakim partiyasından olan deputatlar Axalkalakidə erməni terrorçuya abidə qoyulmasına etiraz edirlər
Gürcüstanın hakim partiyasından olan deputatlar Axalkalakidə erməni terrorçuya abidə qoyulmasına etiraz edirlər
ANA SƏHİFƏ / SİYASƏT
21:35 08.02.2019

Gürcüstan parlamentinin hakim "Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından olan azərbaycanlı və gürcü deputatlar bu ölkənin Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu, Abxaziyada və Azərbaycanın işğal altında olan ərazilərində dinc əhaliyə qarşı qatı cinayətlər törətmiş Mixail Avakyana abidə qoyulması ilə əlaqədar müraciət qəbul ediblər.

AZƏRTAC xəbər verir ki, müraciəti deputatlar Mahir Dərziyev, Savalan Mirzəyev, Tamaz Naveriani və Ruslan Hacıyev imzalayıblar.

Müraciətdə deyilir ki, Axalkalaki rayonunun Buğaşen kəndində erməni hərbçi Mixail Avokyana abidənin qoyulması Gürcüstan ictimaiyyəti, eləcə də bu ölkənin Azərbaycan icması tərəfindən haqlı olaraq dərin qınaq və narazılıqla qarşılanıb. Gürcüstan separatizmdən, terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində vuruşmuş, dinc əhaliyə qarşı qətliamlarda iştirakına dair əsaslı şübhələr olan separatçıya, terrorçuya abidə qoyulması, ilk növbədə, Gürcüstanın özünə qarşı bir xəyanətdir. Bu, həm də Gürcüstanın milli və dövlət maraqlarına zidd olan bir addımdır. Həmin abidənin Azərbaycan xalqının hüzn günü - 20 Yanvar faciəsinin ildönümünün qeyd olunduğu bir gündə qoyulması ilə bağlı soydaşlarımızın keçirdiyi hissləri biz də bölüşürük. Tam məsuliyyətlə bildirmək istəyirik ki, bu hadisə Gürcüstan dövlətinin və bizim təmsil olunduğumuz "Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının mövqeyi ilə tam ziddir. 1994-cü ildə qoyulmuş abidənin bərpası və açılış mərasimi ilə bağlı bütün məsuliyyət Axalkalaki yerli özünüidarəetmə orqanının üzərinə düşür.

Müraciətdə, həmçinin bildirilir ki, parlament, hökumət və partiya səviyyəsində keçirilmiş müzakirələrdə bu xoşagəlməz hadisədən narahatlıq ifadə olunub, gələcəkdə bu cür hadisələrin təkrar olunmaması üçün bütün lazımi tədbirlərin görülməsi qərara alınıb.

Sənəddə Azərbaycan ilə münasibətlərin, strateji tərəfdaşlığın önəmi vurğulanır və bu münasibətləri zədələyəcək hər hansı bir addımın yolverilməz olduğu bildirilir. "Bu yekdil rəy parlament və partiya rəhbərliyinin, millət vəkillərinin KİV-lərə verdikləri açıqlamalarda da birmənalı olaraq qeyd edilib. Ayrı-ayrı məmurların fərdi məsuliyyəti, onların əməllərinə hüquqi qiymət verilməsi məsələsi gündəmdədir”, - deyə qeyd edilir.

Deputatlar yaranmış şəraitdə soydaşlarımızı səbir və təmkinlə davranmağa, emosiyalara qapılmamağa dəvət ediblər: "Bu məsələ ətrafında ajiotaj, məsələnin siyasi müstəviyə çəkilməsi bəlli daxili və xarici qüvvələrin mənafelərinə xidmət edir. Unutmayaq ki, cəmiyyətdə qarşıdurma, gərginlik yaradılması, xüsusilə ölkəmizdə millətlər arasındakı mövcud dostluq və qarşılıqlı etimad münasibətlərinə ziyan vurulması Gürcüstana qarşı yönəldilmiş bir təxribat olar”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM