Alternative content

10:25 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransa İtaliyadakı səfirini geri çağırdı
Fransa İtaliyadakı səfirini geri çağırdı
ANA SƏHİFƏ / DÜNYA
17:27 08.02.2019


Fransa İtaliyadakı səfirini məsləhətləşmə aparmaq üçün geri çağırmışdır. Fransa Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, rəsmi Romanın son hərəkətləri "qəbulolunmaz təxribatdır” və "demokratik və azad seçilmiş hökumətlər arasında hörmətin çatışmazlığını nümayiş etdirir”.

Belə bir qərarın verilməsinə səbəb İtaliya Baş nazirinin müavini, iqtisadi inkişaf, əmək və sosial siyasət naziri Luici Di Mayonun Fransanın "sarı jiletlər” hərəkatının nümayəndələri ilə görüşü olmuşdur. Nazir "sarı jiletlər”ə dəstəyini ifadə etmişdir.

Di Mayo Fransa xarici siyasət idarəsinin qərarına münasibət bildirərkən qeyd etmişdir ki, hərəkatın nümayəndələri ilə keçirdiyi görüş qanunidir. "Mənim "5 ulduz” hərəkatının lideri kimi "sarı jiletlər”in nümayəndələri ilə görüşüm tamamilə legitimdir. Fransızları təmsil edən müxtəlif siyasi qüvvələrlə dialoq aparılmasında qanunsuz heç nə yoxdur” deyə siyasətçi bildirmişdir.

Nazir izah etmişdir ki, "Makronun "Respublika, irəli!” partiyası İtaliyanın müxalifətçi Demokrat Partiyasının Avropa səviyyəsində müttəfiqi kimi çıxış edir. "5 ulduz” hərəkatı da Fransa hökumətinə müxalifətdə olan siyasi qüvvə ilə görüşmüşdür.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM