08 Fevral 2019 15:58
605
İQTİSADİYYAT
A- A+

Ötən il Azərbaycan 113 ölkəyə məhsul ixrac edib


8,8 milyard dollarlıq müsbət ticarət saldosu yaranıb


2018-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac edilib, 178 ölkədən isə idxal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla ötən il ölkənin xarici ticarət dövriyyəsi 31 milyard 755,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 20 milyard 290,9 milyon dollar, idxalın dəyəri 11 milyard 465 milyon dollar təşkil edib. Nəticədə 8 milyard 825,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, o cümlədən ixrac 31,1 faiz, idxal 30,5 faiz artıb. Real ifadədə isə dövriyyə 0,5 faiz, o cümlədən ixrac 0,6 faiz, idxal isə 0,2 faiz artıb.

İxracın 30,2 faizini İtaliyaya, 9,4 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,8 faizini Çexiyaya, 4,2 faizini Hindistana, 4 faizini Almaniyaya, 3,7 faizini Tayvana (Çinin əyaləti), 3,4 faizini Rusiyaya, hər biri 3,1 faiz olmaqla Kanada və İndoneziyaya, 2,7 faizini Portuqaliyaya, 2,5 faizini Gürcüstana, 2,3 faizini Fransaya, 2 faizini İspaniyaya, qalan 17,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 13,8 faizi Türkiyə, 10,4 faizi Çin, 5,8 faizi Almaniya, 4,6 faizi ABŞ, 4,5 faizi İsveçrə, 4,1 faizi Ukrayna, 3,6 faizi İran, 3,3 faizi Yaponiya, 3 faizi İtaliya, 2,3 faizi Birləşmiş Krallıq, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ildə ölkədən 1 milyard 689,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə isə 1 faiz çoxdur.

Keçən il 2017-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,4 faiz, təzə tərəvəz 1,6 faiz, kartof 15,6 faiz, bitki yağları 14,2 faiz, meyvə və tərəvəz konservləri 12,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu 1,8 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar 5,2 faiz, pambıq lifi 2,4 dəfə, polietilen 5,1 faiz, emal olunmamış alüminium 9,4 faiz, pambıq ipliyi 35 faiz artıb. Şəkər ixracı isə 28 faiz, tütün 9 faiz, meyvə və tərəvəz şirələri 22,2 faiz, çay 21,2 faiz, qara metallardan borular 2,3 faiz, qara metallardan yarımfabrikatlar 49,8 faiz, bentonit gili 11,5 faiz azalıb.

2017-ci illə müqayisədə ötən il siqaret idxalı 2,2 faiz, təzə meyvə 42,2 faiz, quş əti və onun əlavə məhsulları 32 faiz, qara metallardan borular 1,6 dəfə, minik avtomobilləri 2,3 dəfə, qara metallardan çubuqlar 45,9 faiz, mineral gübrələr 1,6 dəfə, mebellər 24 faiz, hesablama maşınları, blok və qurğuları 42,8 faiz, polietilen 13,6 faiz, məişət kondisionerləri 39,6 faiz, paltaryuyan maşınlar 10,8 faiz, yük avtomobilləri 1,9 dəfə, qara metallardan künclüklər 7 faiz, avtobuslar 1,6 dəfə, sement və sement klinkerləri 36,2 faiz, məişət soyuducuları 52,1 faiz artıb. Buğda idxalı isə 15,2 faiz, bitki yağları 0,8 faiz, xam şəkər və şəkər 35,2 faiz, kərə yağı, digər süd yağları və pastaları 12,3 faiz, çay 4,6 faiz, kartof 5,7 faiz, mal əti 10 faiz, təzə tərəvəz 41,3 faiz, polad prokatı 11,4 faiz, rezin şinlər 13,7 faiz azalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video