Alternative content

10:22 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Günnüt əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalmış əsgər Adil Tatarovun xatirəsi doğulduğu kənddə qeyd edilib
Günnüt əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalmış əsgər Adil Tatarovun xatirəsi doğulduğu kənddə qeyd edilib
ANA SƏHİFƏ / SİYASƏT
13:13 08.02.2019

Ötən ilin mayında Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun uğurlu döyüş əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun əsgəri Adil Tatarovun 20 yaşının tamam olması münasibətilə doğulduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirlərdə Müdafiə Nazirliyinin, Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, hərbi qulluqçular, kənd sakinləri, şəhidin təhsil aldığı kənd tam orta məktəbinin müəllim və şagirdləri, ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə "Vətən Uğrunda", "Şücaətə görə" medalları ilə təltif olunmuş igid əsgərin məzarı və kənd şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə qırmızı qərənfillər düzülüb.

Qıraq Kəsəmən kənd tam orta məktəbində keçirilən mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Çıxış edən müəllim Turan Yaqubbəyov bildirib ki, bu kəndin gəncləri tarixboyu hərbi peşələrə böyük maraq göstərib, Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət ediblər. Yüz il öncə onlarla gənc könüllü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun, eləcə də Qafqaz İslam Ordusunun sıralarına qoşularaq Bakıda, Qarabağda erməni daşnaklarına və bolşeviklərə qarşı müharibədə əsl qəhrəmanlıq nümunələri göstəriblər. Böyük Vətən müharibəsi illərində qəhrəmanlıq ənənələri ilə seçilən Qıraq Kəsəmən kəndinin neçə-neçə igid oğlu faşizm üzərində qələbənin qazanılmasında canlarından, qanlarından keçərək Vətən tarixinə şanlı səhifələr yazıblar.

Ötən əsrin sonlarından başlayaraq bu günə kimi qıraqkəsəmənlilər Qarabağ uğrunda döyüşdə fəal iştirak edərək Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirilər. Kəndin 7 yetirməsi Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Onlardan biri də əsgər Adil Tatarovdur.

Diqqətə çatdırılıb ki, əsgər A.Tatarov yaşasaydı, onun 20 yaşı tamam olacaqdı. Ancaq o, elə bu yaşda mübariz gənc kimi xatirələrdə, ürəklərdə yaşayacaq, gələcək nəsillərə nümunə olacaq.

Müdafiə nazirinin tapşırığına əsasən, tədbirdə iştirak etmək üçün Ağstafa rayonuna ezam edilmiş Əməkdar incəsənət xadimi, Prezidentin fəxri təqaüdçüsü, polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamladıqdan sonra vurğulayıb ki, fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı, ertəsi gün isə Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirildi. Hər iki toplantıda şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edildi.

Qeyd olunub ki, dövlətimizin başçısı şəhid ailələrinə həmişə ali diqqət və qayğı göstərir, onların bütün problemləri vaxtında müsbət həllini tapır. Təkcə son bir ay ərzində şəxsən Prezident İlham Əliyevin iştirakı ilə bir neçə respublika səviyyəli tədbir reallaşıb, sərəncamlar verilib. Bütün şəhid ailələri kimi, əsgər Adil Tatarovun da ailəsi daim diqqət mərkəzindədir.

Uğurlu Naxçıvan əməliyyatından bəhs edilərkən diqqətə çatdırılıb ki, son illər həm dövlətimizin, həm xalqımızın, həm də Azərbaycan Ordusunun həyatında bir çox əlamətdar hadisələr olub. Məhz Günnüt zəfəri 2016-cı il Aprel zəfərinin davamıdır. Bu uğurlu əməliyyatlar dövlətimizin iqtisadi gücünü, ordumuzun qüdrətini, peşəkarlığını, işğal altındakı torpaqları azad etməyə hər an hazır və qadir olduqlarını, xalqın həyat tərzinin xeyli yaxşılaşdığını, xalqın ordumuza inamını və ordumuza həmişə arxa-dayaq olduğunu göstərir. Şəhid Adil Tatarovun iştirakçısı olduğu uğurlu əməliyyat zamanı uzun illərdir düşmən əsarətində və nəzarətində qalan strateji yüksəkliklər azad edilib, 11 min hektardan çox ərazi nəzarətə götürülüb. Bu, düşmənə böyük sarsıdıcı zərbədir. Təcavüzkar Ermənistan Azərbaycan Ordusunun bu qələbəsindən sonra hələ də özünə gələ bilmir.

A.Qurbani bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında da Azərbaycan Ordusunun xidmətlərini yüksək qiymətləndirdi və böyük inamla "Azərbaycan əsgəri, zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır”, - dedi. Bu, həqiqətən də belədir. Azərbaycan əsgəri torpaqlarımızı düşmən əsarətindən xilas etmək, bayrağımızı Xankəndi, Şuşa, Laçında və digər əzəli yurd yerlərimizdə dalğalandırmaq arzusu ilə yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal şəhidlərin xatirəsinə göstərilən ehtiramı düşmənə maddi və mənəvi cəhətdən vurulan sarsıdıcı zərbə kimi dəyərləndirib. O bildirib ki, şəhidin adı əziz tutulmasa, xatirəsi yad edilməsə, adı əbədiləşdirilməsə, döyüşlərdə sağlamlığını itirənlər, şəhid ailələri dövlət səviyyəsində hər cür qayğı ilə əhatə olunmasa, Vətən uğrunda canlarından keçməyə hazır olan igid oğullar yetişdirmək mümkün deyil. Bu iş ölkəmizdə prioritetdir və Azərbaycan bu istiqamətdə bütün ölkələrə örnək ola bilər.

Şair Barat Vüsalın "Mən ayağa qalxacam, yarama torpaq tökün” misraları ilə tamamlanan şeiri alqışlarla qarşılanıb.

Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əziz Məsmalıyev, rayon təhsil şöbəsinin işçisi, yazıçı-publisist Əli Cəfəroğlu, Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi, Aprel şəhidləri haqqında bir neçə kitabın müəllifi Güləmail Murad, müharibə iştirakçısı Mirzabit Hacıyev çıxış edərək şəhidliyin ən uca zirvə olmasından danışıb, şəhidlərimizin qisasını layiqincə alan Azərbaycan Ordusunun güc və qüdrətindən qürur duyduqlarını deyiblər.

Məktəbin direktoru Oruc Hüseynov, şəhidin müəllimlərindən Vüqar Vəliyev, Bəxtiyar Babayev, İzzət Məmmədov sevimli və unudulmaz şagirdləri haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söylədikdən sonra "Günnüt zəfəri” adlı videoçarx nümayiş olunub.

Gəncə qarnizonu Zabitlər Evinin təşviqat dəstəsi tədbirlər müddətində səyyar xidmətlər göstərib.

Polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin adından məktəbin kitabxanasına hərbi vətənpərvərlik mövzusunda yüzdən artıq kitab və albom bağışlayıb.

Sonra şəhidin atası Əli Tatarov bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM