08 Fevral 2019 13:07
546
İQTİSADİYYAT
A- A+

Komitə: Yeni binada mənzil almaq istəyənlər çıxarışın mövcudluğunu onlayn öyrənə bilər


Yeni inşa edilmiş yaşayış binasında mənzil sahibi olmaq istəyən hər kəs daşınmaz əmlaka dair çıxarışın verilib-verilməyəcəyi ilə bağlı dəqiq məlumatı əvvəlcədən öyrənə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, bu, komitə tərəfindən vətəndaşların istifadəsinə verilmiş "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlı elektron xidmət ilə mümkündür. Mənzil alınmasından öncə elektron xidmətdən faydalanmaq istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 8-ci elektron xidmət olan "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” bölməsinə daxil ola bilər. Hər bir vətəndaş onu maraqlandıran daşınmaz əmlakın ölkə üzrə yerləşdiyi şəhər, rayon, qəsəbə və ya kəndi müvafiq bölmələrə daxil etməlidir. Çoxmərtəbəli yaşayış binasının yerləşdiyi küçəni və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı dərhal əldə etmək mümkündür.

Xidmətin əsas üstünlüyü odur ki, istənilən şəxs seçdiyi mənzilə dair çıxarışın olub-olmadığını əvvəlcədən vaxt itirmədən, onlayn formada öyrənir. Bununla da mənzil aldıqdan sonra vətəndaş və tikinti şirkətləri arasında qeydiyyat zamanı yarana biləcək problemlərin qarşısı alınır. Daşınmaz əmlaka dair çıxarışın mövcudluğundan əmin olduqdan sonra etibarlı və leqal mənzil alan şəxs gələcəkdə əmlakından rahatlıqla istifadə edə bilir. Bu xidmət vətəndaşların mənzil alarkən əlavə ünvanlara müraciətinin qarşısını alır, eləcə də vətəndaş-məmur ünsiyyətini minimuma endirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video