Alternative content

10:23 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycana, onun iqtisadi və siyasi uğurlarına olan maraq gündən-günə artır
Azərbaycana, onun iqtisadi və siyasi uğurlarına olan maraq gündən-günə artır
ANA SƏHİFƏ / SİYASƏT
13:05 08.02.2019

Dünya mətbuatında Azərbaycana və dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinə böyük maraq göstərilməsini müşahidə edirik. Dünyanın elə bir aparıcı mətbuat orqanı, xəbər agentliyi yoxdur ki, orada Azərbaycan və onun rəhbəri haqqında silsilə materiallar verilməsin, xüsusilə Azərbaycanın sürətli inkişafından, onun tolerantlıq və multikulturalizm, turizm və idman mərkəzinə çevrilməsindən, ölkədə hökm sürən sabitlikdən, bütün Şərq ölkələri və İslam dünyası üçün gözəl nümunəyə çevrilməsindən bəhs edən yazılar, müsahibələr və reportajlar dərc olunmasın. Xüsusilə Prezident seçkiləri zamanı Avropanın, Amerikanın və Şərq ölkələrinin aparıcı kütləvi informasiya vasitələrində dərc olunan materiallar buna əyani sübutdur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində əks olunub.

Məqalədə qeyd edilir ki, Azərbaycana, onun iqtisadi və siyasi uğurlarına olan maraq gündən-günə artır. Bu marağın kökündə Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasi xarizması, qətiyyəti, uğurlu siyasəti, öz vətəninə, xalqına sonsuz məhəbbəti, seçdiyi yol durur. Bu yolu cənab Prezident 2018-ci il sentyabrın 26-da "Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılması münasibətilə xalqımıza təbrikində belə səciyyələndirir: "Bizim yolumuz inkişaf yoludur...Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM