Alternative content

03:53 21 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:47 21.08.2019 Mərhəmət ünvanı
00:31 21.08.2019 6 ayda 6 faiz artım
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ötən il Azərbaycan Prezidenti 428 qanun, 617 fərman, 1055 sərəncam imzalayıb
Ötən il Azərbaycan Prezidenti 428 qanun, 617 fərman, 1055 sərəncam imzalayıb
ANA SƏHİFƏ / SİYASƏT
12:57 08.02.2019

Ötən il Azərbaycan Respublikası Prezidentinin xalqın rifahına xidmət edən fərman və sərəncamları, imzaladığı qanunlar böyük rəğbətlə qarşılanıb. Dövlət başçısının 2018-ci ildə imzaladığı 428 qanunun, 617 fərmanın, 1055 sərəncamın əksəriyyəti ölkədə demokratik təsisatların daha da gücləndirilməsinə, idarəetmə strukturlarının təkmilləşdirilməsinə, iqtisadi islahatların davam etdirilməsinə və sosial infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində bildirilir.

Məqalədə qeyd edilir ki, dövlət başçısı İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk Fərman Vətən uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə, onların vərəsələrinə 11 min manat həcmində yardım göstərilməsi barədə olub. Bu sahədə böyük işlər görülmüş və təkcə keçən il şəhid ailələrinə və onların vərəsələrinə 34,1 milyon vəsait ödənilib.

Prezidentin sərəncamları ilə bir çox sosial obyektlərin tikintisinə, avtomobil yollarının çəkilməsinə və digər məqsədlərə böyük məbləğdə vəsait ayrılıb. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dövlət başçısının 69 sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 329 milyon manat vəsaitlə 41 şəhər və rayonda abadlıq-quruculuq işləri görülüb, sosial iaşə obyektləri tikilib, 22 şəhər və rayonda əsaslı yenidənqurma işləri aparılıb, 13 rayonda yeni təhsil ocaqlarının inşasına başlanılıb, 6 rayonda isə yeni yollar və körpülər tikilib. Prezidentin Ehtiyat Fondundan bir çox ictimai təşkilatlara və dini icmalara, kütləvi informasiya vasitələrinə, tarix və mədəniyyət abidələrinin bərpasına göstərilən yardımlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM