Alternative content

03:41 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
02:11 23.07.2019 Əsir Ağdam məscidi
02:09 23.07.2019 Ağdamda nəyim qaldı...
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA-nın Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub
AMEA-nın Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub
ANA SƏHİFƏ / Elm və texnika
12:56 08.02.2019

Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, alim və mütəxəssislərin iştirak etdikləri açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmə xüsusi önəm verildiyini bildirib, bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bu elm müəssisəsinin Elmi Arxivi və Kitabxanası barədə məlumat verib. Bildirib ki, elektron oxu zalı AMEA-da gedən islahatlar fonunda yaradılıb: "Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir”.

Qeyd olunub ki, son illərdə institutda arxiv sənədləri və kitabların elektron kataloqu hazırlanıb. Elmi Arxiv və Kitabxanada 170 min arxiv sənədi, 17 min kitab, "Azərbaycan” qəzetinin elektron və çap variantı (1993-2017), elmi jurnallar, dissertasiya işləri, xəritələr və s. var.

Sonra tədbir iştirakçıları Elmi Arxiv və Kitabxanada yaradılan şəraitlə tanış olublar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM