Alternative content

19:52 18 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İmdada yenə İLHAM ƏLİYEV çatdı
İmdada yenə İLHAM ƏLİYEV çatdı
ANA SƏHİFƏ / SİYASƏT
02:20 08.02.2019


İlham Əliyevin Şamaxıya dünənki səfərinin ən mühüm məqamı, şübhəsiz ki, yalnız zəlzələnin fəsadlarını yerindəcə öyrənmək deyildi. Bu səfər ümumilikdə Prezidentin idarəçilik fəlsəfəsinin məntiqi təzahürü idi. Dövlət başçısı daim ölkədə baş vermiş ekstremal proseslərə çevik münasibət bildirib, hadisə yerinə şəxsən baş çəkib və bu prosesdə insanların maraqlarının qorunmasını ön plana çəkib, ən nəhayət, vətəndaş mənafeyinə həssas münasibətin mükəmməl nümunəsini yaradıb.


Nümunəyə çevrilən çevik reaksiya


Prezidentin Şamaxıdakı dünənki görüşlərinin, söhbətlərinin, yerindəcə verdiyi tapşırıqların və Bakıya dönüşündə bu barədə qəbul etdiyi qərarların timsalında biz bu mükəmməl örnəyi bir daha gördük.

Bir zəruri xatırlatma da edək. Hələ 2004-cü ilin yanvarında dövlət başçısı səlahiyyətlərinin icrasına başladıqdan iki ay sonra Lənkəran şəhərində yaşayış binasının uçmasına çevik reaksiya göstərmiş, dərhal hadisə yerinə getmiş, zərərçəkənlərə maddi yardım göstərilməsi üçün tapşırıqlar vermişdi. Həmçinin Prezidentin 2005-ci ilin iyun ayında metronun "İçərişəhər” stansiyasının eskalatorundakı nasazlıq üzündən ciddi xəsarətlər almış vətəndaşlara, eləcə də həmin ilin dekabrında təyyarə qəzasında həlak olanların yaxınlarına və yaralananlara zəruri yardımlar edilməsi barədə göstəriş verməsi də bu silsilədə xüsusi xatırlanır.

2007-ci ilin avqustunda Yasamal rayonu ərazisində Murtuza Muxtarov və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində insan tələfatı ilə nəticələnən hündürmərtəbəli binanın uçması da hər kəsin yadındadır. Həmin hadisə ilə bağlı həlak olanların yaxınlarına və yaralananlara ən böyük mənəvi dəstək İlham Əliyevdən gəldi. Prezidentin şəxsən hadisə yerinə gəlməsi, xilasetmə işlərinin sürətləndirilməsi, həlak olanların və yaralıların ailələrinə kömək göstərilməsi barədə tapşırıqlar verməsi dövlət başçısının hər bir vətəndaşın taleyinə həssaslıqla yanaşmasının, diqqət və qayğısının növbəti təcəssümü idi. Qəzanın səbəblərinin araşdırılması ilə bağlı göstərişlərini verən Prezident elə həmin gün hadisə ilə əlaqədar hökumət komissiyasının yaradılması haqqında sərəncam imzaladı.

2010-cu ilin may ayında Sabirabad və Saatlı rayonlarında Kür çayında suyun miqdarının normadan xeyli artması nəticəsində yaranan ciddi problemlər də yaxşı yadımızdadır. 20 minə yaxın ev su altında qalmış, 300-dən çox ev uçmuş, 2 min ev qəzalı vəziyyətə düşmüşdü. 50 min hektar əkin və örüş sahələri, bir çox sosial strukturların binaları su altında qalmışdı. Prezident İlham Əliyevin o zaman sel fəlakəti yaşanan rayonlara baş çəkməsi, müşavirə keçirməsi dövlət başçısının yaranmış problemdən zərər çəkən insanlara həssas münasibətinin bir daha nümayişi oldu. Həyata keçirilən operativ tədbirlər nəticəsində qısa zamanda çaylarda daşqınların qarşısı alındı. Sonrakı mərhələdə bütün uçmuş evlərin, sosial obyektlərin yerinə təzələri tikildi, yeni yollar salındı.

2012-ci ilin may ayında şimal-qərb bölgəsində baş verən zəlzələdən xəsarət alanlara ən böyük dəstək Prezident İlham Əliyevdən gəldi. Prezidentin zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün şimal-qərb bölgəsinə səfəri bir daha göstərdi ki, hər bir məsələ dövlət başçısının şəxsi nəzarəti altındadır.


Əsl liderlik örnəyi


Bütün bunlar göstərir ki, İlham Əliyev hər zaman mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirib, habelə ölkənin taleyüklü problemlərinə daim böyük həssaslıqla yanaşıb. Bir neçə gün əvvəl Şamaxı rayonu ərazisində baş verən zəlzələdən sonra hadisəyə çevik reaksiya verməklə Prezident növbəti dəfə əsl liderlik örnəyi göstərdi.

Xatırladaq ki, yeraltı təkanlar fevralın 5-də axşam saatlarında Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə baş verib. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Hadisəni diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev dərhal baş vermiş zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib. Tapşırığa əsasən, aidiyyəti qurumların rəhbərləri zəlzələdən zərər çəkən vətəndaşlarla görüşüb, yeraltı təkanların fəsadları ilə tanış olublar. Sakinlərə vaxtında kömək göstərilib və lazımi məkanlarda yerləşdirilmələrinə şərait yaradılıb.

Həmçinin Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri və könüllüləri dağıntılar baş verən yerlərdə sakinlərlə görüşüblər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə əsasən, hər bir sakinin evində olan nümayəndələr mövcud vəziyyət barədə məlumat toplayaraq müvafiq strukturlarla birgə iş aparırlar.

Təbii fəlakətin baş verdiyi ilk gündən ölkənin aidiyyəti strukturlarının faciənin nəticələrinin aradan qaldırılması üçün qüvvələrini tam səfərbər etmələri, mərkəzi icra orqanlarının rəhbər şəxslərinin ərazidə olmaları Azərbaycan hakimiyyətinin öz vətəndaşına diqqət və qayğısının bariz təcəssümüdür.

Zəlzələdən stress keçirmiş insanlar üçün dövlət başçısının gəlişindən və onlarla maraqlanmasından böyük təsəlli ola bilməzdi. Prezidentin zəlzələ baş verən ərazilərə baş çəkməsi, insanlarla söhbəti sakinləri həm mənəvi cəhətdən ovundurdu, həm də onlarda ruh yüksəkliyi yaratdı. Onlar bir daha əmin oldular ki, zəlzələnin nəticələri Prezidentin diqqət və qayğısı nəticəsində tezliklə aradan qaldırılacaq, uçmuş evləri bərpa ediləcək, mənzil şəraitləri əvvəlkindən də yüksək səviyyədə təmin olunacaq.

Prezident İlham Əliyev bu hadisəyə operativ və çevik reaksiya verməklə öz vətəndaşının taleyinə biganə qalmadığını nümayiş etdirdi. Bu, bir daha onu göstərdi ki, dövlət başçısı hər zaman öz vətəndaşlarının yanındadır və baş verən istənilən ekstremal hadisə zamanı, çətin vəziyyətlərdə öz vətəndaşını tək qoymur, maddi və mənəvi dəstəyini onların üzərindən əsirgəmir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM