Alternative content

17:05 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çirkli qurumun çirkin məqsədi
Çirkli qurumun çirkin məqsədi
ANA SƏHİFƏ / SİYASƏT
02:14 08.02.2019


ABŞ-dakı "Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı qeyri-obyektiv və bilinməyən metodologiya ilə qiymətləndirmə aparır


Azərbaycan günü-gündən sosial-iqtisadi baxımdan inkişaf etdikcə, beynəlxalq nüfuzunu artırdıqca, dünya birliyindəki mövqelərini gücləndirdikcə uğurlarımızı görmək istəməyənlər ortaya çıxır və hər fürsətdə ölkəmizi, xalqımızı gözdən salmağa çalışırlar. Xüsusilə bəzi xarici dairələr və təşkilatlar ölkəmizdəki reallıqları təhrif etmək, beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər.

Bu cür məkrli əməllərin hansı mənbədən qaynaqlandığı məlumdur: erməni lobbisi və bütövlükdə antiazərbaycançı şəbəkə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk gündən ölkəmizə qarşı "qara piar” aparmaqla məşğuldurlar. ABŞ-dakı "Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının 2019-cu il hesabatında Azərbaycanı Cənubi Qafqazda yeganə "azad olmayan” ölkə kimi qiymətləndirməsi gülünc səslənməklə yanaşı, bu təşkilatın qeyri-obyektiv və bilinməyən metodologiya ilə qiymətləndirmə aparan çirkli qurum olmasının bir sübutudur.

Görəsən, "azad olmayan” ölkəni müəyyənləşdirmək üçün göstəriciləri kim və hansı bir beynəlxalq təşkilat kəşf edib?

Əgər hansısa təşkilat özündən müəyyən göstəricilər uydurubsa, ona bu səlahiyyəti kim verib?

Ümumiyyətlə, belə təşkilatları kimlər yaradıb, maliyyələşdirir və nə üçün?

Onlara kim ixtiyar verib ki, müstəqil dövlətin daxili işinə müdaxilə etsinlər?

Belə sualları çox sadalaya bilərəm, ancaq sizlərə elə gəlmirmi ki, hansısa bir dövlət özünü dünyanın sahibi hesab edir?

Mənim üçün çox maraqlıdır!

Görəsən, bəzi ölkələrdə vətəndaşlar dövlətinin siyasətinə etiraz olaraq küçələrdə qarşılarına çıxan hər şeyi dağıdanda, maşınları yandıranda, binaların 1-ci mərtəbələrindəki obyektləri talan edəndə, iş rejimini kobud şəkildə pozanda, insanların istirahətinə xələl gətirəndə bunun adı nə olur? "Azad ölkə”mi?

Bəzi ölkələrdə, o cümlədən ABŞ-da, Avropada polis işçiləri etirazçılara hücum edib onlara ciddi xəsarət yetirəndə, hətta gözlərini çıxaranda və ya etirazçıların gözü qarşısında kütləvi aksiyalara çıxanları döyərək ölümcül vəziyyətə salanda bunun adı nə olur? "Azad ölkə”mi?

"Freedom House” təşkilatı erməni xalqının özu tərəfindən Ermənistan azad olmayan ölkə kimi qiymətləndiriləndə və ya onun parlamentində spiker və bir neçə deputat güllələnib öldürüləndə, prezident seçkisində saxtakarlıq edən rəhbərliyə etiraz edən zaman öldürüləndə necə olur ki, belə ölkə "qismən asad” hesab edilir? Elə buradan görünür ki, bu təşkilat sifarişlə işləyən təşkilatdır.

"Freedom House” və bu kimi beynəlxalq təşkilatlar bilməlidirlər ki, ölkəmizdə mətbuat tamamilə azaddır, 80 faiz əhalinin internetə çıxışı vardır, bütün sosial şəbəkələrdən istifadə mövcuddur və heç bir senzura yoxdur! Azərbaycan Respublikasının Prezidetni cənab İlham Əliyevin titanik səyi nəticəsində ölkəmizdə sabitlik, təhlükəsizlik və inkişaf yüksək mərhələdədir. Azərbaycan bu gün bir sabitlik adası kimi məşhurdur. Regionda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın cənab İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır.

Bu cür yersiz və qərəzli hesabatlarla nə ölkəmizə təzyiq etmək, nə də nüfuzunun artmasının qarşısını almaq mümkündür. Bu təşkilatlar insan hüquq və azadlıqlarının qorunmasından danışırsa, ilk növbədə Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməlidirlər. Bütün bunları görməzliyə vuraraq Azərbaycana qarşı sifarişlə qərəzli mövqe tutmaq nəticə etibarilə onların riyakar mövqeyini ortaya qoyur.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2018-ci ilin yekunu üzrə dərc etdiyi "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti məmurlara örnəkdir” sərlövhəli materialı "Freedom House” təşkilatının bizim ölkəmiz barədə ABŞ-da fəaliyyət göstərən erməni diasporundan aldığı vəsait hesabına yazdığı uydurmaya tutarlı cavabdır.

Bu akademik materialı tərcümə edərək həmin təşkilata göndərmək yaxşı olardı ki, görsünlər onların yaşadığı ölkədə, ümumiyyətlə, dünyanın hansısa ölkəsində öz vətəndaşlarına belə münasibət, dövlət başçısı varmı?

Əli HƏSƏNOV,

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM