warez script warez forum orkide shell indir sakarya escort mavi orkide Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir film izle

Alternative content

02:46 26 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV XXII Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində əməkdaşlıq memorandumları imzalanıb
XXII Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində əməkdaşlıq memorandumları imzalanıb
ANA SƏHİFƏ / SİYASƏT
01:27 08.02.2019


İstanbul şəhərində keçirilən XXII Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində fevralın 7-də əməkdaşlıq memorandumları imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədlər Azərbaycan Diasporuna Dəstək Fondu, İtaliyanın Avrasiya Dialoqu üçün Avropa İnstitutu və Rumıniyanın Levanten İncəsənət və Mədəniyyət İşləri İnstitutu ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondu arasında imzalanıb.

Zirvə toplantısı ikinci iş gününü "Texnologiyanın inkişafı və insanlığı gözləyən gələcək”, "Su və köç”, "Qloballaşmanın yeni ölçüləri, populizm, sağlamlıq üçün əməkdaşlıq”, "Ağıllı insanların iclası” mövzularında panel iclaslarla davam etdirib. Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Akif Özkaldı, İstanbul Bilgi Universitetinin professoru İlter Turan, Avrasiya Dialoqu üçün Avropa İnstitutunun direktoru Leonardo Manzari və başqaları iclaslarda çıxış ediblər.

Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan hər il olduğu kimi, geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri daxil idi.

Toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular diqqət mərkəzində olub.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər, regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM