Alternative content

13:47 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hərbi xuntanın revanş cəhdi Ermənistanda vəziyyəti gərginləşdirir
Hərbi xuntanın revanş cəhdi Ermənistanda vəziyyəti gərginləşdirir
ANA SƏHİFƏ / SİYASƏT
01:20 08.02.2019


Uzun illər Ermənistanı idarə edən hərbi xuntanın ölkəni sürüklədiyi problemlər öz fəsadlarını getdikcə daha qabarıq şəkildə büruzə verməkdədir. Məsələnin maraqlı tərəfi həm də ondan ibarətdir ki, bu klan əhalinin sosial problemlərə etirazını qəddarlıqla, repressiv üsullarla yatırırdısa, indi vəziyyətdə bir qədər dəyişiklik müşahidə olunur. Əhali üzləşdiyi problemləri daha qabarıq şəkildə gündəmə gətirir. Eyni zamanda insanların narazı qaldıqları məmurlara qarşı etiraz aksiyaları da təşkil etməsi halları genişlənir.


Polislə etirazçılar arasında qarşıdurma


Məsələn, Armavir əyalətinin Arşaluys kənd sakinlərinin keçirdiyi aksiyada bir qrup sakin kənd icra nümayəndəliyinin binası önünə yığışaraq icmanın rəhbəri Zarzanda Qriqoryanın istefasını tələb edib. Bu zaman sakinləri ərazidən uzaqlaşdırmağa cəhd edən polislə etirazçılar arasında qarşıdurma baş verib. Polis əməkdaşları aksiya iştirakçılarının binaya daxil olmasını əngəlləmək üçün onlara qarşı güc tətbiq ediblər.

Buna hiddətlənən kənd sakinlərinin aksiyası daha da genişlənib. Vəziyyətin nəzarətdən çıxdığını görən "Mənim addımım” blokunun deputatı Taqui Kazaryan təcili kəndə gələrək etirazçıların nümayəndələri və kənd rəhbəri ilə görüş keçirib. Amma deputat daha sonra bildirib ki, danışıqlar zamanı heç bir razılığa gəlmək mümkün olmayıb: "Əgər desəm ki, söhbət rəvan keçdi və konstruktiv həll yolu tapıldı, onda sadəcə yalan danışmış olacağam”.

Deputatın sözlərinə görə, problem kənd rəhbərinin bundan əvvəlki aksiya zamanı onun istefası tələbinin irəli sürüldüyü sənədə imza atanlara qarşı təzyiq göstərməsindədir.

Arşaluys sakinləri uzun müddətdir kənd icmasının rəhbəri Zarzanda Qriqoryanın istefaya getməsini tələb edirlər. Zarzanda Qriqoryan "Yerkrapa” yarımhərbi təşkilatının rəhbəri, Azərbaycan ərazilərinin işğalına başçılıq etmiş və Qarabağda soydaşlarımıza qarşı çoxsaylı hərbi cinayətlər törətmiş general Manvel Qriqoryanın qardaşı oğludur. Ötən il o, külli-miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında ittiham olunaraq həbs edilmiş, lakin dekabrda azadlığa buraxılmışdı. Buna etiraz edən ermənilər hökumətdən bu generalın yenidən həbsə atılmasını tələb edirlər.


"Müxalifət öz proqramını səssizcə və planlı şəkildə təkmilləşdirir”


Ermənistanın "İrates” qəzeti yazır ki, sosial narazılıqlardan istifadə edən Sarkisyan-Koçaryan tərəfdarlarının revanş istəyi vəziyyəti daha da gərginləşdirə bilər: "Ermənistanın daxili siyasi həyatında heç bir ciddi irəliləyiş yoxdur, məyus olan insanların sayı getdikcə artır, bundan istifadə edən müxalifət isə öz proqramını səssizcə və planlı şəkildə təkmilləşdirir”.

Etibarlı mənbələrinə istinad edən qəzet bildirib ki, hazırda ölkənin əsas müxalif cəbhəsinin baş nazir Nikol Paşinyana qarşı ciddi işə keçməməsinin səbəbi hökumətin daha çox səhvlər buraxmasını və hakimiyyətdə olduğu bir il müddətində verdiyi vədlərin əksinə olaraq, dövlətin borcunu 7 milyard dollara yaxınlaşdıran baş nazirə mayda sarsıdıcı sürpriz etməyə hazırlaşmaları ilə əlaqədardır. Və müxalif cəhbədə birləşib bu sürprizə hazırlaşanlar təkcə Paşinyana görə istefaya məcbur edilən Serj Sarkisyan və onun Respublikaçılar partiyası yox, həm də həbsdəki Robert Koçaryanın komandası və yeni hökumətin yoxlamalarından narazı qalan oliqarxlarıdır:

"Əgər sosial-iqtisadi həyatda nəzərəçarpan nəticələr olmasa, onda Nikol Paşinyan hakimiyyəti günbəgün öz mövqelərini və sosial dayaqlarını itirməyə başlayacaq. Belə vəziyyətdə kifayət qədər güclü təbliğat kampaniyası və savadlı addımların köməyi ilə parlamentdənkənar müxalifət hakimiyyətin mövqelərini düşündüyümüzdən daha sürətlə sıradan çıxaracaq. Məlumata görə, əvvəlki rəhbərliyin nümayəndələri - söhbət təkcə Respublikaçılardan yox, həm də Koçaryan qanadından gedir - mayda hakimiyyətə gəlməsinin bir ili tamam olacaq Paşinyana ciddi sürprizlər etməyi planlaşdırırlar. Lakin bu sürprizin hansı format və növdə olacağını öyrənə bilmədik, çünki proses hələ müzakirə mərhələsindədir və ciddi hazırlıq davam edir. Belə vəziyyətdə hər şey Paşinyandan asılıdır: əgər o, ciddi islahatlar apara və məyusluq çarxını dayandıra bilsə, müxalifət istəyinə çatmayacaq. Əks təqdirdə, biz Ermənistanda növbəti sarsıntılar və siyasi özbaşınalığın şahidi olacağıq”.


Separatçı rejimdən hərbi xuntaya hərtərəfli dəstək


Bundan başqa Nikol Paşinyan hələ Qarabağa dair heç bir ciddi danışıqlar başlatmasa da Ermənistanda keçmiş hakimiyyətin nümayəndələri, Qarabağdakı erməni səhra komandirləri də ona qarşı şiddətli hücum başladıblar. Paşinyanı Qarabağa dair "nəsə gizli plan qurmaqda” günahlandırırlar və onun ümumiyyətlə danışıqlara qatılması faktını "satqınçılıq əlaməti” hesab edirlər.

Bütün bunlar Paşinyana qarşı Sarkisyan-Koçaryan koalisiyasının yeni hücumları fonunda baş verir. Bu hal xüsusən Ermənistanda eks-prezident Robert Koçaryana qarşı irəli sürülən ittihamlar fonunda özünü daha qabarıq büruzə verir.

Zəbt edilmiş ərazilərdə yaradılan separatçı rejim də bu məsələdə hərbi xuntaya hərtərəfli dəstək verir. Hətta Qarabağdan olan keçmiş səhra komandiri, qondarma "DQR təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan Robert Koçaryana qarşı irəli sürülən ittihamları qurama adlandırıb.

Balasanyan və Qarabağdan olan digər keçmiş səhra komandirləri də Paşinyana Azərbaycanla danışıqlara görə də hücum edirlər, münaqişənin həlli üçün hər hansı güzəştə qarşı çıxırlar. Proseslərin gedişi qarşıdakı dövr ərzində separatçı rejimin fəaliyyəti nəticəsində Ermənistanda vəziyyətin daha da qarışacağını deməyə əsas verir.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM