Alternative content

04:46 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sahibkarların “Azərişıq” ASC-yə müraciətlərinin sayı artıb
Sahibkarların “Azərişıq” ASC-yə müraciətlərinin sayı artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:51 08.02.2019


Yanvar ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün "ASAN xidmət”, "ASAN Kommunal” və KOB evləri vasitəsilə "Azərişıq” ASC-yə 239 müraciət daxil olub. Sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının artması müşahidə olunub ki, bu, heç də səbəbsiz deyil. Belə ki, ötən ilin dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” növbəti fərman imzalanıb və fərmana əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib.

Bununla yanaşı, yanvar ayında 3280 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla, həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib. Bundan başqa, yanvar ayında "Azərişıq” ASC-nin "ASAN xidmət” və "ASAN Kommunal” vasitəsilə göstərdiyi xidmətlər sırasına iki xidmət də əlavə olunub. "Çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyata alınması” və "Elektrik təchizatının layihələndirilməsi və quraşdırılması” xidmətləri də əlavə olunmaqla "Azərişıq” ASC-nin"ASAN xidmət” və "ASAN Kommunal” vasitəsilə göstərdiyi xidmətlərin sayı 15-ə çatdırılıb. Ümumilikdə isə yanvar ayı ərzində "Azərişıq” ASC-yə "ASAN xidmət” və "ASAN Kommunal” vasitəsilə 20766 müraciət daxil olub.

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM