Alternative content

04:53 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Stoltenberq OYRM-i xilas etmək niyyətindədir
Stoltenberq OYRM-i xilas etmək niyyətindədir
ANA SƏHİFƏ / DÜNYA
17:42 07.02.2019


NATO ABŞ ilə Rusiya arasında imzalanmış ortamənzilli və yaxınmənzilli raketlər haqqında müqaviləni (OYRM) xilas etmək, habelə silahlara nəzarəti gücləndirmək üçün bundan sonra da səy göstərəcək. Bu bəyanatla Almaniyanın "Westdeutsche Allgemeine Zeitung” (WAZ) qəzetinə müsahibəsində Şimali Atlantika alyansının baş katibi Yens Stoltenberq çıxış etmişdir.

Müqavilənin icrasına qayıtmaq üçün Rusiyanın daha altı ayı olduğunu xatırladan Stoltenberq Moskvanı bu fürsətdən istifadə etməyə çağırmışdır. Öz növbəsində NATO da müqaviləni xilas etmək və silahlara nəzarəti gücləndirmək üçün səylərini davam etdirəcək. "Biz bundan sonra da Rusiya ilə danışacağıq” deyən baş katib alyansa üzv-ölkələrin müdafiə və təhlükəsizlik sisteminə ayırdığı maliyyə vəsaitinin artırılmasını zəruri hesab edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM