07 Fevral 2019 17:41
480
DÜNYA
A- A+

Braziliyanın eks-prezidenti yenidən iş aldı


Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva rüşvətxorluqda və çirkli pul yumaqda təqsirli bilinərək 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmü Kuritiba şəhər məhkəməsi çıxarmışdır. Bu barədə DPA agentliyi xəbər verir.

Da Silva tikinti firmalarından birinə San-Paolo ştatındakı Atibaya şəhərinin yaxınlığında təmir işləri müqabilində dövlətin nəzarətində olan "Petrobras” neft şirkətindən sifarişlər almağa kömək etmişdir.

Xatırladaq ki, 2017-ci ildə Lula da Silva korrupsiya və çirkli pul yumaq ittihamı ilə 9 il 6 ay iş almışdır. Sonradan bu cəza 12 il bir ayadək artırılmışdır. Hazırda 73 yaşlı siyasətçi Kuritiba həbsxanasında yatır.

İki il əvvəl sabiq dövlət başçısı barəsində hökm çıxarmış hakim Serjiu Moru hazırda ölkənin ədliyyə və ictimai təhlükəsizlik naziri vəzifəsini tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video