Alternative content

03:48 21 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:47 21.08.2019 Mərhəmət ünvanı
00:31 21.08.2019 6 ayda 6 faiz artım
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müsəlman konqresmen ABŞ-ı ikili standartlarda ittiham etdi
Müsəlman konqresmen ABŞ-ı ikili standartlarda ittiham etdi
ANA SƏHİFƏ / DÜNYA
17:40 07.02.2019


ABŞ Konqresinin Nümayəndələr Palatasının ilk müsəlman üzvü İlhan Ömər Vaşinqtonun Səudiyyə Ərəbistanının hərəkətlərinin üstündən sükutla keçməsini tənqid etmişdir. Bu barədə TRT telekanalı xəbər verir.

Ömərin iştirakı ilə Nümayəndələr Palatasının xarici işlər komitəsinin iclasında Yəmən ərazisində fəaliyyət göstərən, ərəb koalisiyasına başçılıq edən Səudiyyə Ərəbistanına ABŞ-ın dəstəyinin dayandırılması barədə qanun layihəsi müzakirə olunmuşdur. Konqresmenin fikrincə, koalisiyanın Yəməndə "Ənsar Allah” (hövsilər) hərəkatının silahlılarına qarşı hərəkətləri dünyada ən böyük humanitar böhranlardan birinə səbəb olmuşdur. Ömərin dediyinə görə, son 3,5 il ərzində Yəməndə 17 min nəfərdən çox adam həlak olmuş, 40 min nəfər yaralanmışdır. Ölkənin 3 milyon sakini məcburi köçkün vəziyyətinə düşmüş, 22 milyon nəfər yardıma ehtiyac duyur. Milyonlarla adam aclıqdan əziyyət çəkir.

Konqresmen vurğulamışdır ki, ABŞ Yaxın Şərqin digər ölkələrində insan hüquqlarının və sabitliyin pozulması faktlarına dərhal reaksiya verir. Lakin eyni reaksiya Ər-Riyada münasibətdə göstərilməmişdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM