Alternative content

04:46 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səbinə Əzimova ağır atletika üzrə Azərbaycan çempionu olub
Səbinə Əzimova ağır atletika üzrə Azərbaycan çempionu olub
ANA SƏHİFƏ / İDMAN
17:30 07.02.2019

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Onlar qalibləri Sinkleyr cədvəlinə əsasən müəyyən ediblər. Qızıl medala toplam 154 kiloqram (67+87) nəticə və 231,6 xalla Səbinə Əzimova layiq görülüb. Fəxri kürsüdəki sonrakı yerləri müvafiq olaraq toplam 146 kiloqram (65+81) nəticə və 227,7 xalla Mərziyyə Məhərrəmova və toplam 161 kiloqram (69+92) nəticə və 212,7 xalla Günel Vəliyeva tutublar.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Çempionatın keçirilməsində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirməyi bacaran idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM