Alternative content

04:55 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “The Economic Times”: Hindistan yükləri Azərbaycandan keçməklə Avropaya daşınacaq
“The Economic Times”: Hindistan yükləri Azərbaycandan keçməklə Avropaya daşınacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:55 07.02.2019

Hindistan yükləri Azərbaycandan keçməklə Avropaya daşınacaq.

AZƏRTAC xəbər verir ki, "Rusiya Dəmir Yolları” ASC ilə Hindistanın Konteyner Korporasiyası arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamilə formalaşmasına dəstək verəcək. Sənədə görə, korporasiya Hindistanın və bu ölkə üzərindən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə ixrac əməliyyatı həyata keçirən ölkələrin yüklərini daşıyacaq. Beynəlxalq yükdaşıma sahəsində ixtisaslaşan korporasiya yükləri Mumbaidən İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanına, buradan isə dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşıyacaq. Burada söhbət Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolundan gedir.

"The Economic Times” qəzeti yazır ki, İran ilə Rusiyanın dəmir yolları Azərbaycan vasitəsilə artıq birləşib. İran Astarası ilə Azərbaycanın Astarası arasında dəmir yolu körpüsü tikilib istifadəyə verilib. Bu yolun Rəşt-Astara hissəsinin tikinti işləri həyata keçirilir və gələn il istifadəyə verilməsi gözlənilir. İqtisadi sanksiyalara baxmayaraq, İran bu yolun tikintisini davam etdirir. Azərbaycan tərəfi də yolun inşasına 500 milyon dollar investisiya yatırıb.

Azərbaycan elə bir əlverişli coğrafi mövqeyə malikdir ki, buradan Gürcüstan vasitəsilə də Avropaya yükdaşımalar həyata keçirmək olar. Bunun üçün Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyət göstərir. Qərbi Avropaya daşınan yüklər Azərbaycan-Rusiya-Avropa marşrutu, Şərqi Avropa ölkələrinə isə Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə daşına bilər. Göründüyü kimi Azərbaycan hər iki halda logistik mərkəz kimi çıxış edir və tranzit məkana çevrilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM