Alternative content

17:04 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV San-Fransiskoda tikinti meydançasında partlayış baş verib
San-Fransiskoda tikinti meydançasında partlayış baş verib
ANA SƏHİFƏ / DÜNYA
12:51 07.02.2019

Fevralın 6-da San-Fransisko şəhərində qaz kəmərində güclü partlayış baş verib. Alov ətraf binalara yayılıb. "Hong Kong Lounge II” Çin yeməkləri restoranı ilk alışan binalardan biri olub. Əvvəlcə polis bildirib ki, restoranda işləyən 5 nəfər itkin düşüb. Lakin sonra aydın olub ki, onlar vaxtında binanı tərk ediblər. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Yanğından mühafizə xidmətinin rəisi Coan Heys-Uayt hadisənin səbəblərinə həsr olunmuş mətbuat konfransında bildirib ki, tikintidə lifli-optik kabellər quraşdıran əməkçilər təsadüfən qaz kəmərini kəsiblər. Bu da güclü partlayışa və sürəkli alov püskürməsinə gətirib çıxarıb. "Pacific Gas & Electric” qaz şirkətinin komandası hadisə yerinə gəlib. Partlayışın əhatə zonasında yerləşən xəstəxanadakı, yaşayış və ofis binalarındakı insanlar, habelə Ruzvelt adına orta məktəbin müəllim və şagirdləri dərhal təxliyə olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM