Alternative content

03:42 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
02:11 23.07.2019 Əsir Ağdam məscidi
02:09 23.07.2019 Ağdamda nəyim qaldı...
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan alimlərinin elmi məqalələri İtaliyanın ən nüfuzlu jurnalında
Azərbaycan alimlərinin elmi məqalələri İtaliyanın ən nüfuzlu jurnalında
ANA SƏHİFƏ / Elm və texnika
01:40 07.02.2019


İtaliyanın Genuya Universitetində "25 illik Azərbaycan-İtaliya münasibətləri Aralıq dənizi, Qara dəniz və Xəzər dənizinin şahidliyi kontekstində” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Bir sıra Avropa ölkələrindən tanınmış alimlərin iştirak etdikləri konfransda Azərbaycanı AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru İsaxan Vəliyev, AMEA-nın Fəlsəfə İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva təmsil ediblər.

Konfransda "Azərbaycan və İtaliya fəlsəfəsinin qarşılıqlı təsiri” mövzusunda çıxış edən professor İlham Məmmədzadə Azərbaycan və İtaliya alimləri arasında geniş elmi əlaqələrin olduğunu xatırladıb, rəhbərlik etdiyi institutun İtaliyanın Ca Foscari və digər tanınmış elm və təhsil ocaqları ilə mütəmadi birgə elmi tədbirlər keçirməsindən söhbət açıb, ölkə rəhbərliyinin Azərbaycan elminin inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində gördüyü işlərdən danışıb.

"Azərbaycan-İtaliya mədəni əlaqələri hüquqi müstəvidə” mövzusunda çıxış edən professor İsaxan Vəliyev iki dövlət arasında diplomatik əlaqələrin tarixinə diqqət çəkərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin İtaliyaya səfərləri zamanı imzalanmış sənədlərin hüquqi mahiyyəti barədə məlumat verib, ulu öndər tərəfindən əsası qoyulmuş xarici siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini vurğulayıb. Natiq multikulturalizmin Azərbaycan modelinin hüquqi əsaslarından danışaraq tolerantlığın çoxmillətli Azərbaycan xalqının həyat tərzinə və dövlət siyasətinə çevrildiyini nümunələrlə diqqətə çatdırıb.

"Azərbaycan-İtaliya münasibətləri: dinlərarası dialoq prizmasinda” mövzusunda çıxış edən filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva islamın sülh, barışıq dini olduğunu xatırladıb, ölkədə mövcud olan müxtəlif dinlərin qarşılıqlı harmoniyasının fəlsəfəsindən bəhs edib. Azərbaycan dövlətinin katolik, pravoslav, yəhudi və müsəlman dini abidələrinin qorunub-saxlanmasına böyük diqqət və qayğı göstərdiyini bildirən Z.Əliyeva bu abidələrin təmiri istiqamətində görülən işləri özündə əks etdirən videoçarxı nümayiş etdirərək ölkəmizdə mövcud olan tolerant mühit barədə ətraflı məlumat verib.

Maraqlı elmi diskussiya şəraitində keçən tədbirdə Ca Foscari Universitetinin professoru Aldo Ferrari, Trento Universitetinin professoru Gian Franco Poggi, Milan Universitetinin professoru Alessandro Vitale, Roberto de Vita Universitetinin professorları Alessandro Figus, Franco Cardini və digərləri çıxış edərək Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin əhəmiyyətindən danışıb, bu münasibətin Azərbaycanın iqtisadi inkişafına söykəndiyinə görə dayanıqlı olacağına inandıqlarını söyləyiblər. Natiqlər Azərbaycanın Avropaya inteqrasiyasında Avropa ölkələrinin özlərinin maraqlı olduqlarını elmi cəhətdən konkret faktlarla izah ediblər.

Konfransdan sonra İtaliyada nəşr olunan nüfuzlu "Geopolitika, sosial müdafiə və azadlıq” adlı beynəlxalq elmi jurnalda Azərbaycan alimlərinin elmi məqalələri dərc edilib.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM