07 Fevral 2019 01:38
662
Mədəniyyət
A- A+

Gənclərin arzusu


Zaqatala rayon mərkəzindən təxminən 28 kilometr məsafədə yerləşən, əsasən azərbaycanlıların məskunlaşdıqları Yengiyan kəndi toponiminin etimoloji mənası "yangi - basılmaz, əvəzedilməz” deməkdir. Əhalisinin sayı 1460 nəfər, ərazisi 1167 hektardır.

Bu kənd qədimdən saza-sözə bağlı olması ilə seçilib. Bu gün də həmin ənənələr qorunub saxlanılır. Bir sözlə, nəvələr baba və nənələrinin mənalı həyat yolunu davam etdirir və onlara miras qalan adət-ənənələri yaşatmağa çalışırlar.

Kənddə XIX əsrə aid səkkizguşəlli məscid yerli tarixi abidə kimi dövlət tərəfindən qorunur. Kənddə tibb məntəqəsi də fəaliyyət göstərir. Əhalinin məşğuliyyəti əsasən maldarlıq va bağçılıqdır. Burada son dövrlər tütünçülük və baramaçılıq da inkişaf etdirilməkdədir. Sahibkar Telman Həsrətov 2018-ci ildə 90 hektar sahədə "Vircinya” sortlu tütün əkib. Həmçinin kənd üzrə 974 kiloqram barama təhvil verilib. Halbuki inişil həmin həcm 250 kiloqram olmuşdu.

Kənddə infrastrukturun yaxşılaşdırılması daim gündəmdə olub. Kənd tam qazlaşdırılıb, elektrik enerjisi təchizatı normaldır. Köhnə, yararsız məktəbin yerində müasir tələblərə cavab verən təhsil ocağı inşa olunub. 264 şagirdlik məktəbdə hazırda 230 nəfər təhsil alır.

Yengiyan kənd mədəniyyət evi 1962-ci ildən klub, 1990-cı ildən isə mədəniyyət evi kimi fəaliyyət göstərir. Burada "Qala” ansamblı, rəqs və mahnı dərnəyi, "Buta” folklor qrupu, eyni zamanda həvəsləndirici uşaq bədii özfəaliyyət dərnəyi mövcuddur.

Kəndin Aşıq Əzim, Aşıq Zəhrət, Aşıq Əlixan kimi söz ustadları olub. Bu ənənələr indi də davam etdirilir. Zaqatala folklor paytaxtı seçilərkən burada respublika səviyyəli folklor bayramı təşkil olunub.

Kənddə Nuran Rəcəbov adlı məktəbli ilə görüşdük. Onun arzusu Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil almaq, işğal altında olan torpaqlarımızın azad edilməsində ön cərgələrdə olmaqdır. Bu kənddən 4 nəfər şəhid olub. Hazırda hərbi ixtisası seçən 10 sakini var.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video