Alternative content

04:50 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kəmərlər Səngəçaldan “yola düşür”
Kəmərlər Səngəçaldan “yola düşür”
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:35 07.02.2019


Xəzərin qoynundakı "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqlarından hasil olunan karbohidrogenlər sualtı kəmərlər vasitəsilə Səngəçal terminalına çatdırılır. Azərbaycan neftinin və qazının dünya bazarlarına yolu məhz buradan başlanır. Belə ki, bir neçə neft və qaz ixracı kəməri, o cümlədən BTC öz başlanğıcını terminaldan götürür. BTC-nin baş nasos stansiyası da buradadır.

Səngəçal terminalı Bakıdan təxminən 55 kilometr cənubda yerləşir. "Cənub qaz dəhlizi” ilə bağlı son genişləndirmədən əvvəl də o, dünyanın ən böyük terminallarından biri idi. Obyektin 540 hektar ərazidə yerləşməsi terminalın sahəsinin necə geniş olduğunu göstərir. Mütəxəssislər yarıciddi-yarızarafat bu sahənin 600 futbol meydançasına bərabər olduğunu deyirlər.

Lakin Səngəçal terminalının nəhəngliyi təkcə bununla şərtlənmir. "Azəri-Çıraq-Günəşli”, "Şahdəniz” yataqlarından sualtı xətlərlə quruya çıxarılan karbohidrogenlər terminalda qəbul edilir, ilkin emaldan keçirilir və müvafiq ixrac kəmərlərinə vurulur. Müxtəlif təyinatlı çoxsaylı qurğuların işlədiyi, ən mürəkkəb əməliyyatların həyata keçirildiyi məkan olduğu üçün də bu, ən böyük terminallardan biridir.

Hazırda Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və "Şahdəniz” qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Gündəlik ümumi qaz emalı və ixracı gücü isə (AÇG-nin səmt qazı da daxil olmaqla) gündə təqribən 75 milyon standart kubmetr təşkil edir.

Səngəçal terminalı "Əsrin müqaviləsi” imzalandıqdan sonra "İlkin Neft Layihəsi” çərçivəsində inşa edildi. Əvvəlcə o, yalnız "Çıraq” neftini ixrac etmək gücündə idi. Növbəti yataqlardan gözlənilən yüksək hasilat isə obyektin xeyli genişləndirilməsi zərurətini meydana çıxardı.

Səngəçal terminalının genişləndirilməsinə 2002-ci il fevralın 20-də başlandı.

2007-ci il Səngəçal terminalının genişləndirilməsinin axırıncı ili idi. May ayının sonunda "Dərinsulu Günəşli” hissəsinin tikinti işlərinin mexaniki başa çatmasına nail olundu. Oktyabr ayında burada beşinci və altıncı texnoloji xətlər istismara verildi. Bununla da genişləndirmə uğurla sona çatdı. Bütün bunlar terminalda neftin texnoloji emal gücünün gün ərzində 1 milyon bareldən yuxarı səviyyədə olmasına imkan yaratdı.

2007-ci il iyulun 7-də Səngəçal terminalı özünün həmin günə qədərki tarixində rekord həcmdə (999700 barel) nefti emaldan keçirərək ixrac etmişdi.

Səngəçaldan başlanan yollar Azərbaycanı getdikcə dünyanın daha uzaq ünvanları ilə birləşdirir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM