warez script warez forum orkide shell indir sakarya escort mavi orkide Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir film izle

Alternative content

02:48 26 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ceyhandan dünya bazarlarına...
Ceyhandan dünya bazarlarına...
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:34 07.02.2019


Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri regionun enerji ixracının başlıca arteriyası sayılır. Bu kəmər qapalı Xəzər hövzəsi və dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir.

BTC Səngəçal terminalından başlayaraq Türkiyədə Aralıq dənizinin sahilinədək 1768 kilometrlik yol keçir. Kəmərin apardığı yükün çatdığı son ünvan Ceyhan dəniz terminalıdır. Türkiyə dövləti və xalqı Ceyhan terminalına ulu öndər Heydər Əliyevin adını verib.

Əslində kəmərin marşrutu İsgəndərun körfəzində bitir. Terminal da elə buradadır. Bu, geniş, innovativ texnologiyalarla təchiz edilmiş müasir obyektdir. Ona görə də Xəzər neftinin dünya bazarına çıxarılmasından əvvəlki son məntəqə kimi böyük əhəmiyyətə malikdir. Sutkada 1,2 milyon barel neft daşımaq gücündə olan belə nəhəng kəmərin fəaliyyətində bu terminalın rolunu şərh etməyə ehtiyac yoxdur.

Ceyhan terminalında hər birinin tutumu 1 milyon barel olan 7 böyük saxlama çəni var. Neftin tankerlərə yükləndiyi yanalma körpüsünün uzunluğu 2 kilometrdir. Burada eyni vaxtda iki tankerə neft doldurulması mümkündür. Tankerlərə yüklənən neftin miqdarı 600 min bareldən 2 milyon barelədək dəyişə bilər. Yanalma körpüsünün qurtaracağında suyun dərinliyinin 33 metr olması imkan verir ki, buraya ən iri tonnajlı tankerlər yaxınlaşsın. Belə tankerlərin uzunluğu adətən 250 metrdən çox olur və onlar 2 milyon barel neft daşımaq gücündədirlər.

Ceyhan terminalının ən müasir standartlara cavab verdiyini təsdiqləyən faktlardan biri də odur ki, burada "sürətli giriş-çıxış” əməliyyatları təmin olunub. Yəni gəmilərin qısa müddətdə neftlə doldurulması mümkündür. Belə ki, körpüdə tankerləri yüksək templə yükləmək - onlara saatda 9600 kubmetr yanacaq vurmaq mümkündür. Nəticədə tankerlər nəzərdə tutulan vaxtdan tez yola salınır.

Terminalda bir sıra texnoloji yeniliklər də tətbiq edilir. Bunlardan biri UÜB sistemidir ki, gəmilərin çənindən karbohidrogen qazlarının ətraf mühitə yayılmadan təmizlənməsinə imkan verir. Ceyhan terminalında eləcə də dənizlərin gəmilərdən çirklənməsinin qarşısının alınmasına dair beynəlxalq MARPOL konvensiyasının normativlərinə ciddi riayət edilir. Bu o deməkdir ki, obyekt gəmilərdən atılan tullantıların təmizlənməsinə dair beynəlxalq standartlara cavab verir.

Nəhayət, Ceyhan terminalı BTC kəmərinin Türkiyədən keçən 1078 kilometrlik hissəsinin "sinir mərkəzi”dir. Belə ki, kəmərin bu hissəsinin bütün əməliyyatları terminaldan idarə edilir. Xatırladaq ki, Ceyhan terminalının operatoru BTC tərəfdaşlarının adından fəaliyyət göstərən BİL (BOTAŞ İnternational Limited) şirkətidir. Buradan dünya bazarına "British Hawthorne” adlı ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb. Həmin vaxtdan indiyədək terminalda yüklənən tankerlərin sayı 4000-i ötüb.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM