Alternative content

17:03 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransa parlamenti demokratiyanı saf-çürük edir
Fransa parlamenti demokratiyanı saf-çürük edir
ANA SƏHİFƏ / DÜNYA
01:33 07.02.2019


Nümayişçilərin hüquqları məhdudlaşdırılır


Fransa parlamentinin aşağı palatası - Milli Assambleya nümayişlərin aqressiv iştirakçıları ilə mübarizə haqqında qanun layihəsini birinci oxunuşda qəbul etmişdir. Parlamentarların 387-si sənədi dəstəkləmiş, 92-si əleyhinə çıxmış, 74-ü bitərəf qalmışdır.

Qanun layihəsi nəzərdən keçirilərkən hakim "Respublika, irəli!” partiyasında parçalanma müşahidə olunmuşdur: partiyanı təmsil edən 50 deputat səsvermədə iştirak etməkdən boyun qaçırmışdır. Gələn ayın 12-də qanun layihəsi parlamentin yuxarı palatasında - Senatda səsə qoyulacaq.

Qanun layihəsinin əleyhdarları vətəndaş hüquqlarının, xüsusilə sərbəst toplaşmaq hüququnu pozduğuna görə sənədi tənqid edirlər. Hakim partiyanı təmsil edən deputat Martin Vonner bildirmişdir ki, "bu mətn dəyərlərimizə qətiyyən uyğun gəlmir”. Səsvermədə iştirak etməmiş parlamentar əlavə etmişdir ki, "bu qanun layihəsi, xüsusilə 2-ci maddə ikinci oxunuşadək dəyişdirilməsə, əleyhinə səs verənlərin arasında olacağıq”.

Müzakirələr zamanı daha çox mübahisə doğurmuş 2-ci maddə yüksək vəzifəli məmurlara, o cümlədən region və departamentlərin başçılarına məhkəmənin icazəsi olmadan özlərini xuliqan kimi aparan şəxslərin mitinqlərdə iştirakını qadağan etmək səlahiyyəti verir. Məmurun qərarına məhəl qoymayıb kütləvi aksiyaya qoşulan şəxsi 7500 avro məbləğində cərimə, yaxud altıaylıq həbs cəzası gözləyə bilər. Özü də məmura təkcə məsuliyyət daşıdığı ərazidə yox, ölkənin hər yerində bir ayadək hər hansı aksiyada iştirakı qadağan etmək hüququ verilir.

Qabaqlayıcı tədbir kimi prefekt "ictimai qayda-qanuna ciddi təhlükə yaradan” ayrı-ayrı vətəndaşların aksiyaya qoşulmasının qarşısını almaq məqsədi ilə onları prefekturaya çağırmaq hüququ əldə edir. İğtişaşlarda ittiham olunan şəxsin qərardan məhkəməyə şikayət etmək hüququ olsa da, qərar dərhal qüvvəyə minir.

Qanun layihəsində başqa bir mübahisəli məqam nümayişçilərin hər hansı maskalanma formasından istifadə etməsinə qadağa qoymaqdır. Üzünü maska və ya şərflə örtən nümayişçini 15 min avro məbləğində cərimə, yaxud birillik həbs cəzası gözləyə bilər. Qanun layihəsində, həmçinin nümayişlərin keçirildiyi rayonlarda silah kimi istifadə edilən əşyaların (çəkic və s.) olub-olmadığını müəyyənləşdirmək üçün axtarışın keçirilməsi qaydaları dəqiqləşdirilir.

Başqa bir maddə özgə əmlakına ziyan vurmaqda rəsmən ittiham olunan şəxslərin maddi məsuliyyət daşımasını nəzərdə tutur. Əvvəllər ziyanı sığorta şirkətləri kompensasiya edirdisə və ya vəsait dövlət büdcəsindən ayrılırdısa, indi hakimiyyət ziyanı kompensasiya etmək məsuliyyətini nümayiş iştirakçılarının üzərinə qoymaq istəyir.

Müşahidəçilərin fikrincə, yeni qanun layihəsinin meydana çıxması "sarı jiletlər” hərəkatının ötən ilin noyabr ayından bəri davam edən, polislə toqquşmalar və vandalizm aktları ilə müşayiət olunan etiraz aksiyaları ilə əlaqəlidir. Nümayişçilər əvvəlcə hökumətin avtomobil yanacağının qiymətini artırmaq planına qarşı çıxır, həmçinin minimum əməkhaqqının artırılmasını tələb edirdilər. Hakimiyyət yanacağın qiymətini altı ay sabit saxlamaq qərarına gəldikdən və bir sıra digər güzəştlərə getdikdən sonra mitinqçilər bütövlükdə hökumətin və Prezident Emmanuel Makronun islahatlarına etiraz etməyə başladılar. İndi iqtidar nümayişçilərin hərəkətlərinə cərimə və həbslə cavab verməklə etiraz dalğasının səngiməsinə ümid edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM