warez script warez forum orkide shell indir sakarya escort mavi orkide Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir film izle

Alternative content

02:51 26 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xərçəng rəhm etmir
Xərçəng rəhm etmir
ANA SƏHİFƏ / DÜNYA
01:32 07.02.2019


2018-ci ildə 9,6 milyon onkoloji xəstə vəfat edib


Ötən il dünyada xərçəng xəstəliklərinə 18,1 milyon yoluxma halı qeydə alınmışdır. 9,6 milyon nəfər xərçəngdən dünyasını dəyişmişdir. Bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) məlumat vermişdir.

DST-nin hesabatında deyilir ki, ölüm hallarının təxminən 70 faizi aşağı və orta səviyyəli gəliri olan ölkələrin payına düşür.

Xərçəngdən ölüm hallarının təxminən üçdəbiri piylənmə, meyvə və tərəvəzin az istehlakı, fiziki aktivliyin çatışmazlığı, siqaretə və spirtli içkilərə aludəçiliklə əlaqəlidir. Ən başlıca risk amili siqaret və alkoqoldan istifadədir. Xərçəng xəstəliyindən ölüm hallarının 22 faizi siqaretlə bağlıdır.

Avropa qitəsində qadınlar arasında ən çox yayılmış onkoloji xəstəlik uşaqlıq boynu xərçəngidir: təkcə 2018-ci ildə xəstəliyin bu növünün 69 min yeni halı aşkarlanmış, təxminən 30 min qadın bundan vəfat etmişdir. Xərçəngin bu növünün qarşısını xüsusi peyvənd vasitəsilə almaq mümkündür.

Ötən il təxminən 1,76 milyon nəfər ağciyər xərçəngindən, 862 min nəfər bağırsaq xərçəngindən, 783 min nəfər mədə xərçəngindən, 782 min nəfər qaraciyər xərçəngindən və 627 min nəfər süd vəzi xərçəngindən dünyasını dəyişmişdir.

Xəstəliyin ən çox yayılmış növləri ağciyər xərçəngi (2,09 milyon), süd vəzi xərçəngi (2,09 milyon), bağırsaq xərçəngi (1,80 milyon), prostat xərçəngi (1,28 milyon), dəri xərçəngi (1,04 milyon) və mədə xərçəngidir (1,03 milyon).

Eyni zamanda vurğulanır ki, erkən diaqnostika xərçənglə mübarizədə əsas üsuldur.

DST-nin hesabatında o da qeyd olunur ki, hər il uşaqlarda orta hesabla 300 min onkoloji xəstəlik aşkarlanır. İnkişaf etmiş ölkələrdə uşaqların 80 faizi xərçəngə qalib gəlir. Aşağı və orta səviyyəli gəlirə malik ölkələrdə isə bu göstərici cəmi 20 faizdir.

Dünya Onkoloji Tədqiqatlar Fondunun verdiyi məlumata görə, yüksək gəlirli ölkələrdə xərçəngə yoluxma hallarının sayı aşağı və orta gəlirli ölkələrlə müqayisədə daha çoxdur. Belə ki, Avropa ölkələri, ABŞ, Avstraliya və Yeni Zelandiya əhalinın sıxlığı ilə nisbətdə xərçəng xəstələrinin sayına görə ilk yerlərdə qərarlaşmışdır. Bu göstəriciyə görə, Avropa ölkələri liderdir: Fransada hər 100 min adamdan 341,1-i, Danimarkada 340,4-ü, Böyük Britaniyada 319,2-si, Almaniyada isə 313,1-i xərçəng xəstəsidir. Türkiyədə hər 100 min nəfərdən 144-ü xərçəng xəstəliyinə yoluxur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM