Alternative content

10:27 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sürətlə silahlanmanın “qapı”sı açılır
Sürətlə silahlanmanın “qapı”sı açılır
ANA SƏHİFƏ / DÜNYA
01:32 07.02.2019


Böyük güclər odla oynamağa qərar verdilər


Məlum olduğu kimi, fevralın 2-də ABŞ ortamənzilli və yaxınmənzilli raketlər haqqında müqavilədən (OYRM) çıxmaq üçün altıaylıq prosedura başladığını rəsmən bəyan etmişdir. Vaşinqton bildirmişdir ki, ikitərəfli müqavilənin digər iştirakçısı - Rusiya altı ay ərzində yenidən OYRM-ə tamamilə riayət etməyə başlamasa, müqavilə qüvvədən düşəcək.

Elə həmin gün Rusiya da oxşar qərar qəbul edərək müqavilədə iştirakını dayandırmışdır. Bununla yanaşı, Prezident Vladimir Putin qeyd etmişdir ki, Rusiya bahalı sürətlə silahlanmaya cəlb olunmaq niyyətində deyil.

Beləliklə, beynəlxalq münasibətlər sistemində gərginlik yeni mərhələyə qədəm qoyur. Vaxtilə "soyuq müharibə” dövründə bəşəriyyətin ən böyük istəyi üçüncü dünya müharibəsinin - nüvə müharibəsinin qarşısını almaq idi. Qərblə Şərq arasında ideoloji qarşıdurma bütün gücü ilə davam etsə də, superdövlətlərin məsuliyyətli davranışı sayəsində dünyanın nüvə fəlakəti ilə üzləşməsi ehtimalı ehtimal olaraq qalırdı. Silahlara nəzarət, nüvə silahının yayılmaması, tərk-silah, qlobal sabitliyin qorununb saxlanması naminə beynəlxalq əməkdaşlıq davam edir, nüvə düyməsini basmaq heç kimim ağlına gəlmirdi. Doğrudur, 1962-ci ildə dünya nüvə müharibəsinin bir addımlığında idi. O vaxt ABŞ-ın Türkiyədə nüvə silahı yerləşdirməsi və buna cavab olaraq keçmiş SSRİ-nin Kubada oxşar addım atması bəşəriyyəti əməlli-başlı qorxuya salmışdı. Amma ağıllı siyasətçilər tapıldı, nüvə müharibəsinin qarşısını almaq mümkün oldu.

Sonrakı mərhələdə nüvə müharibəsi riskini heçə endirmək üçün davamlı səylər göstərildi. 1987-ci ildə OYRM-in imzalanması bu istiqamətdə atılmış mühüm addım idi. Beynəlxalq ictimaiyyət əmin oldu ki, yeni dünya müharibəsi ehtimalı çox-çox uzaqdadır.

Lakin heç demə, bəşər övladını gələcəkdə daha dəhşətli potensial təhlükə gözləyir. Uzun illər boyu hazırlanıb işə salınmış beynəlxalq təhlükəsizlik arxitekturası indi kərpic-kərpic sökülür. Arxitekturadan ilk kərpic 2002-ci ildə qopdu: Vaşinqton 1972-ci ildə ABŞ-la keçmiş SSRİ arasında bağlanmış raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müqavilədən çıxdı. Buna səbəb kimi raket əleyhinə müdafiə haqqında sazişin Birləşmiş Ştatların maraqlarını daha təmin etmədiyi göstərilirdi.

Hadisələrin gedişindən belə bir qənaət hasil olur ki, beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanması işində sabitləşdirici amil rolu oynayan OYRM-i də oxşar tale gözləyir. Artıq ABŞ və Rusiya qərarlarını vermişdir. Özü də hər iki dövlət müqavilənin qüvvədə qalmasına tərəfdar çıxır. Vaşinqton OYRM-i xilas etmək üçün Moskvanın qarşısında bir şərt qoyur: Rusiya müqavilənin təsiri altına düşən 9M729 raketlərini, eləcə də bu raketlərin buraxılış qurğusunu və daşınma konteynerini məhv etməlidir, əks təqdirdə, OYRM altı aydan sonra tarixə qovuşacaq.

Öz növbəsində Moskva OYRM-i pozan hərəkətlər etmədiyini, 9M729 raketlərinin müqavilənin müddəalarına zidd olmadığını davamlı olaraq bəyan edir. Rusiya rəhbərliyi sözügedən sazişi pozan tərəfin məhz ABŞ olduğunu iddia edir. Moskva buna misal kimi Vaşinqtonun raket əleyhinə müdafiə sistemi elementləri hazırlayıb ayrı-ayrı Avropa ölkələrində yerləşdirmək planını göstərir.

İddialar necə olursa-olsun, bəşəriyyətin yeni ağır sınaqla qarşı-qarşıya qalacağı labüddür. Beynəlxalq təhlükəsizlik arxitekturasının mühüm elementi olan strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilənin (SHS-3) taleyi də müəmmalı olaraq qalır. Qüvvəsi iki ildən sonra bitəcək müqavilənin yenilənəcəyinə ümid azdır. ABŞ Prezidenti Donald Tramp hələ ötən il bildirmişdir ki, Birləşmiş Ştatlar nüvə cəbbəxanasını gücləndirmək niyyətindədir.

OYRM-in ləğvi ilə beynəlxalq miqyasda silahlara nəzarət sisteminə sarsıdıcı zərbə vurulacaq. Yaranmış vəziyyət ilk növbədə Avropanı qayğılandırır. Avropalılar fərqindədirlər ki, nüvə silahı ilə sürətlə silahlanmanın yenidən başlaması nəticəsində qitə potensial döyüş meydanına çevriləcək.

Narahatlıq keçirən təkcə Avropa deyil. OYRM-in tarixə qovuşması Yaponiyanı da əndişələndirir. Tokio hesab edir ki, müqavilənin qüvvədən düşməsi ABŞ-ın Asiya-Sakit okean rayonunda yeni raketlər yerləşdirməsinə gətirib çıxarar və ərazisində Birləşmiş Ştatların hərbi bazaları olan Yaponiyanı Vaşinqtonla Pekin arasında qarşıdurmanın mərkəzinə qoyar. Üstəlik, ABŞ-ın Yaponiyada yerləşdirəcəyi raketlər təkcə Çini yox, həm də Rusiyanın Uzaq Şərqini və qismən Sibiri hədəfə alar. Bu isə Yaponiya-Rusiya münasibətlərinə öldürücü zərbə vurar.

Başqa sözlə, dünyanın hətta yaxın gələcəyi sual altındadır. ABŞ və Rusiyanın, eləcə də Çin kimi yeni hərbi dövlətin iştirakı ilə nəzarətolunmayan sürətlə silahlanmanın başlaması fonunda gələcək daha qaranlıq görünür.

OYRM bu yay ömrünü başa vuracaq. Müqavilənin həyatda qalması istiqamətində elə bir səy göstərilmir, çünki böyük güclər mövqelərini dəyişdirmək niyyətində deyillər. Rusiya ABŞ-la OYRM-ə dair bundan sonra danışıqlar aparmağı planlaşdırmır. Öz növbəsində ABŞ, Çin, KXDR və İran kimi ballistik raketlərə malik ölkələri cəlb etməklə yeni müqaviləyə nail olmağı arzulayır. Amma çətin ki, bu arzu çin olsun. Elə bir təsəvvür yaranır ki, planeti xilas etməyə qadir olan məsuliyyətli siyasətçilərin nəsli artıq kəsilib. Beləliklə, cəmi altı aydan sonra bəşəriyyət yeni, get-gedə gərginləşən dünyada yaşamaq məcburiyyətində qalacaq.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM