Alternative content

03:20 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Belarusun BELTA agentliyi ikinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olub
Belarusun BELTA agentliyi ikinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olub
ANA SƏHİFƏ / İDMAN
22:41 06.02.2019

Fevralın 6-da "Minsk 2019” ikinci Avropa Oyunlarının Təşkilat Komitəsi ilə Belarus Respublikası Prezident Administrasiyasının nəşriyyat evi - "Belarus bu gün” və Belarus Teleqraf Agentliyi (BELTA) arasında rəsmi media tərəfdaşlığına dair saziş imzalanıb.

AZƏRTAC "Minsk 2019”un saytına istinadla xəbər verir ki, hər iki qurum müqaviləyə əsasən, ikinci Avropa Oyunların rəsmi media tərəfdaşı olub.

İkinci Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı idmanın 15 növü üzrə 199 dəst medal uğrunda yarışacaq. Səkkiz idman növü üzrə yarışlar "Tokio 2020”yə lisenziya xarakteri daşıyır.

Xatırladaq ki, birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib. Yekun nəticələrə görə, ümumi hesabda birinci yeri Rusiya, ikinci yeri Azərbaycan, üçüncü yeri Böyük Britaniya yığmaları tutub.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) "Bakı 2015” birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM