Alternative content

04:52 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qrip virusu Rusiyanın 43 regionunu bürüyüb
Qrip virusu Rusiyanın 43 regionunu bürüyüb
ANA SƏHİFƏ / DÜNYA
18:35 06.02.2019

Qrip virusu Rusiyanın artıq 43 regionunu bürüyüb. Xəstəliyin yayılması barədə son məlumatlar "Rospotrebnadzor”da səsləndirilib.

AZƏRTAC "Vesti”yə istinadla xəbər verir ki, qurumun məlumatına görə, bu gün xəstəliyə yoluxanların sayının artması səbəbindən Samara vilayətində və Kirovda məktəblər bağlanılıb, Şimali Osetiyada və Xantı-Mansiysk mahalında karantin müddəti daha bir həftə uzadılıb.

Bryanskın, Voronejin və Tomsk vilayətinin tibb və təhsil müəssisələrində xüsusi rejim tətbiq olunub. "Rospotrebnadzor”un başçısı Anna Popova bildirib ki, hazırda Rusiyanın bütün ərazisi üzrə 2,5 min məktəb və təxminən min uşaq bağçasının fəaliyyəti müvəqqəti dayandırılıb.

Məlumatlara əsasən, ötən həftə virus infeksiyaları və qrip ölkənin bir sıra regionlarını əhatə edib. Xəstəlik təkcə Şimalda yayılmayıb. Belə ki, Stavropolda həkimə yardım üçün 7 mindən artıq insan müraciət edib. "Rossiya 24” telekanalı xəbər verir ki, meriyadan məktəblilərin dərsə yalnız gələn həftənin əvvəllərində qayıda biləcəklərini deyiblər.

Moskvada xəstəliyə yoluxma dərəcəsi hələ ki, epidemiya həddindən təxminən 20 faiz aşağıdır. "Rospotrebnadzor”da qeyd ediblər ki, paytaxt sakinlərinin yarısından çoxu qrip əleyhinə peyvənd etdiriblər. Sankt-Peterburqda yoluxma artıq epidemiya həddini ötüb keçib. Risk qrupunda olanlar 3 yaşından yuxarı uşaqlardır.

Rusiyanın baş sanitar həkimi maksimal yoluxma həddinin təxminən iki dəfə ötüb keçdiyi qeydə alınan beş regionun adını çəkib. Anna Popovanın sözlərinə görə, bu regionlara Buryatiya, Yakutiya, Xakasiya, Altay diyarı və Sverdlovsk vilayəti aiddir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM